IQNA

Misrin katolik kilsəsi Qurani- Kərim çap və nəşr etdi

9:03 - January 23, 2018
Xəbər sayı: 3482677
Misrin katolik kilsələrindən biri Qurani- Kərimi və Kəbənin fotolarını çap və nəşr edərərək müsəlmanlar arasında payladı.

Misrin katolik kilsəsi Qurani- Kərim çap və nəşr etdiİQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl- misriyyun” xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, Misrin Mina əyalətinin Delca şəhərinin qibtilərinə aid olan “Marcercis” katolik kilsəsi maraqlı bir təşəbbüslə Qurani- Kərimi və Kəbənin şəkillərini çap və nəşr edərək müsəlmanlar arasında payladı.  

Əyyub Yusif (“Marcercis” katolik kilsəsinin ruhanisi) bu barədə dedi: Bu addımın hədəfi müsəlmanlar və məsihilər arasında dostluq və sevginin çoxaldılması və ictimai sülh ruhiyyəsinin genişləndirilməsidir.

Abbas Mahmud (bu regionun müsəlman ailələrinin işləri üzrə region şurasının rəisi) bu barədə elan etdi: Bu layihə müsəlman və məsihi cavanların Delica şəhərinin ictimai fəaliyyətlərində iştirakını gücləndirmək üçün icra edilmişdir.

Oxşar addımda isə Misrin Qina əyalətinin “Nəcə Həmmadi” şəhərində alminium zavodunun xristian işçiləri cəmiyyətdə dostluq ruhiyyəsi icad etmək üçün İslami fotolarlar bəzədilmiş təqvim çap edərək zavod işçilərinə paylayıblar.

Qeyd edək ki, Misrin məsihi və müsəlmanları arasında yaxşı birlik və dostluq vardır və müsəlman alimləri xristian kilsələrinin və məzhəbi məkanlarının müdafiə olunmasını İslam şəriətinin vacib etdiyi bir məsələ hesab edirlər.

http://iqna.ir/fa/news/3684158

Teqlər: iqna ، misr ، kilsə ، təqvim
captcha