IQNA

Bu gün “Beynəlxalq Hicab Günü”dür - FOTO

15:04 - February 01, 2018
Xəbər sayı: 3482719
Hər ilin Fevral ayının biri beynəlxalq "hicab" günüdür. Bu gün ABŞ-ın da müxtəlif şəhərlərində müsəlman tələbələr “1 fevral - Beynəlxalq Hicab Günü" münasibəti ilə müxtəlif tədbirlər keçirir.

Bu gün “Beynəlxalq Hicab Günü”dürİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ-ın müxtəlif şəhərlərində  müsəlman tələbələr  “1 fevral  - Beynəlxalq Hicab Günü"  münasibəti ilə müxtəlif tədbirlər keçirir. 

Fevralın 1-i dünyada "Beynəlxalq Hicab Günü" kimi qeyd edilir. Bu gün dünya üzrə milyonlarla qadına hicab barədə məlumatlar verilir və onlar müxtəlif tədbirlərdə iştirak etməyə dəvət edilir.
 
Hicab gününün qeyd olunması ilə bağlı fikrin müəllifi qeyri-müsəlman rəfiqələrinə hicab örtərək qadın gözəlliklərini yad gözlərdən qorumağı təklif edən Nyu-York sakini Nazma Xandır. Nazmanın bu ideyası bütün dünyadan dəstək alıb. Onun qrupunun hazırladığı maarifləndirici broşürlər 22 dilə tərcümə olunub. Bununla bağlı rəsmi internet səhifəsi də açılıb: www.worldhijabday.com
 
Böyük Britaniya, Avstraliya, Hindistan, Pakistan, Fransa, Almaniya və digər ölkələrdən olan yüzlərlə qadın hicabla bağlı sullar vermək və müsəlman örtüyünü bir günlük bağlamağa hazır olduqlarını bildirib. 
 
Mississippi Universitetinin  İslami Birliyinin sədri  Smair  Byuti  ABŞ-da keçirilən Hicab günü proqramı ilə bağlı dyeib ki,  Hicaba qarşı  adətən  aqressiya var biz istəyirik ki,  “Hicab” gününü qeyd etməklə  hicaba qarşı olan bu baxışı  dəyişək.  Tələbələrin İslami Birlikləri  dünyanın müxtəlif ölkələrində bu günün proqramlarına qoşulacaq.
 
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən olan dövlət rəsmiləri, məşhurlar, tanınmış şəxslər bu aksiyaya dəstək veriblər. Onlar “Mən hicab gününü dəstəkləyirəm” posterini əlində tutaraq foto çəkdirib və bunu sosial şəbəkələrdə paylaşıblar. Bu posterlə yüzlərlə insan fotolarını paylaşaraq aksiya öz münasibətini ifadə edib. /maide.az/
«روز جهانی حجاب» ؛ طرحی برای مبارزه با تبعیض/ «قدرتمند با حجاب»، هشتگی جهانی در 2018

captcha