İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “İslami Əlaqələr və Mədəniyyət Təşkilatı”nın xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının Filippindəki “Mədəni Əlaqələr Advisoru” GCİC ali təhsil ocağının şagird və tələbələri ilə görüşdə İranın tarixi və elmi nailiyyətlərindən danışıb.
Bu görüş Filippinin GCİC ali elmi təhsil ocağının 150 nəfər şagird və tələbələrinin iştirakı ilə İran İslam Respublikasının Filippindəki “Mədəni Əlaqələr İdarəsi”ndə baş tutub.
Görüşdə İran İslam Respublikasının Filippindəki “Mədəni Əlaqələr Advisoru” Məhəmməd Cəfəri Məlik tarix və elm mövzusundakı çışında İranın tarixi və elmi uğurları barədə geniş söhbət eidb.
İran İslam Respublikasının Filippindəki “Mədəni Əlaqələr Advisoru” Məhəmməd Cəfəri Məlik çıxışında iranl müsəlman təbib Əbu Əli Sinanın “Şəfa” və “Qanun” kitablarını şagir və tələbələrə tanıdaraq bu iki kitabın Avropa cəmiyyətlərində hüquq və tibbin inkişafın təsirində ifa etdiyi roldan və həmçinin İranın Xəyyam kimi böyük və məşhur şairlərindən və onların şerlərindəki dərin məna və məqsədlərdən danışıb.
Məhəmməd Cəfəri Məlik çıxışından sonra İranın “Zaqros” musiqi qrupu qədim İran musiqilərindən bir neçəsini ifa ediblər. Musiqi çələngindən sonra isə şagir və tələbələrə İranın muqisi tarixi və musiqi alətləri barədə izah verilib.
Bu görüşdə İranın hüsnxətt incəsənət əsərləri də kiçik bir sərgidə nümayiş olunub. Həmçinin şagird və tələbələr ilk dəfə olaraq bu sərgidə hüsnxətt incəsənət növü ilə yaxından tanış olmaq üçün əllərinə qələm alaraq hüsnxətt yazmağı kağız üzərində tərcürbə ediblər.
Qeyd edək ki, Filippinin GCİC ali təhsil və təlim ocağının üç min nəfər şagird və tələbəsi vardır.
http://iqna.ir/fa/news/3690938