IQNA

NÜCƏBA təşkilatının baş katibi:

Terrorizmin əsas sponsor və dəstəkçisi Tel-Avivdir

10:06 - February 14, 2018
Xəbər sayı: 3482784
İraqın NÜCƏBA İslami Müqavimət təşkilatının baş katibi Livanın HİZBULLAH hərəkatının şəhid komandiri İmad Faiz Müğniyənin şəhadətinin öldönümündə Beyruta gedərək şəhidin məzarını ziyarət edib.

Terrorizmin əsas sponsor və dəstəkçisi Tel-AvivdirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın NÜCƏBA İslami Müqavimət Təşkilatının baş katibi Höccətul- İslam vəl-müslimin Əkrəm Kəbi Livanın HİZBULLAH hərəkatının şəhid komandiri İmad Faiz Müğniyənin şəhadətinin öldönümündə Beyruta gedərək Cənubi Zahiyədə “Rövzətuş-Şəhideyn” ziyarətgahında sionistlər və təkfirçilər ilə mübarizədə canlarını fəda etmiş şəhidlərin, o cümlədən Şəhid Müğniyə, Şəhid Rağib Hərəb və Şəhid Seyyid Abbas Musəvinin məzarlarını ziyarət edib.

O, mətbuat konfransında bütün mübarizə cəbhələrində Livanın HİZBULLAH İslami Müqavimət hərəkatının kənarında olacaqlarını vurğulayaraq dedi: Biz İslami Müqavimət cərəyanı ilə bütün mübariəzə cəbhəsi boyunca və bütün istiqamətlərdə İsrailin qarşısında bir sırada dayanacayıq. Regionu təhdid edən təhlükələri, sionist rejimini məhv və Qüdsü azad etməyincə silah yerə qoymayacayıq, Suriya qoşunları və müqavimət döyüşçüləri ilə çiyin- çiyinə bütün cəbhələrdə düşmənə qarşı vuruşacayıq.

O, son günlərdə Suriya qoşunlarının sionistlərin f-16 qırıcısını məhv etməsinə işarə edərək dedi: Suriya qoşunları düşmənə öz hərbi gücü və qüdrətini sübut etdi.

İraqın NÜCƏBA İslami Müqavimət Təşkilatının baş katibi Höccətul- İslam vəl-müslimin Əkrəm Kəbi əlavə etdi: ABŞ İŞİD-in İraqda dalbadal məğlubiyyətinin ardından özü meydana girərək İraq Xalq Könüllülərini hədəfə aldığı kimi, İsrail də Suriya mövqelərini hücuma məruz qoymaqla sübut etdi ki, regionda terrorizmin əsas sponsoru və dəstəkçisi sionist rejimidir.  

http://iqna.ir/fa/news/3691366

captcha