İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın Montreal şəhərində yerləşən “Mak Gill Universiteti”nin təşəbbüsü ilə “İslamofobiya və onun müsəlman cəmiyyətlərinin ruh sağlamlığı üzərindəki təsiri” adlı seminar keçiriləcək.
Bu seminar sabah, cari həftənin cüməaxşamı günü, Fevral ayının 15-də yerli vaxtla saat 16:00-dan 18:00-dək Kanadanın Montreal şəhərində yerləşən “Mak Gill Universiteti”nin evsahibliyi ilə keçiriləcəkdir.
Seminarda islamofobiyanın nəyili, mahiyyəti, tarixi və meydanda necə gəlməsi, müxtəlif formaları, iş funksiyası, fərdi və ictimai səviyyədə göstərdiyi performans və İslamofobiya ilə mübarizənin yolları barədə müzakirə və araşdırmalar olacaqdır.
İslamofobiya və onun müsəlman cəmiyyətlərinin ruh sağlamlığı üzərindəki təsiri, radikalizm və İslam və müsəlmanların siyasiləşməsi məsələsi isə bu seminarda müzakirə ediləcək əsas mövzu olacaqdır.
Kanadanın Montreal şəhərində yerləşən “Mak Gill Universiteti” bu ölkənin ən qədim təhsil ocaqlarından biridir ki, 46 il öncə, Britaniyanın bu ölkəyə hakimiyyəti dövründə təsis edilmişdir.