IQNA

Görmə qüsuru olan azyaşlı qız uşağı Quranı əzbərlədi

1:23 - February 17, 2018
Xəbər sayı: 3482796
Misrin Usvan əyalətindən olan azyaşlı Quran hafizi xanım İsra Məhəmmədin on yaşı var. O, görmə qüsuru olmasına baxmayaraq bütün Qurani-Kərimi 5 il müddətində əzbərləyə bilib.

Görmə qüsuru olan azyaşlı qız uşağı Quranı əzbərlədiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Usvan əyalətindən olan azyaşlı Quran hafizi xanım İsra Məhəmmədin on yaşı var. O, görmə qüsuru olmasına baxmayaraq bütün Qurani-Kərimi 5 il müddətində əzbərləyə bilib.

Bu azyaşlı qız uşağı hazırda Misirin Usvan əyalətinin görmə qüsuru olanlar üçün ixtisaslaşdırılmış “ən-Nur vəl-Əməl” orta təhsil məktəbinin 4-cü sinifində oxuyur.

İsra Məhəmməd gözünün qüsurlu olmasına baxmayaraq ailəsinin köməyi ilə qarşısındakı bütün maneələri aşmış və Quran müəlliməsi olan xalasının xüsusi tədrisi nəticəsində 5 il ərzində bütün Quranı əzbərləmişdir.

Azyaşlı Quran hafizi deyir ki, gündəlik Quran oxumaq baxmayaraq ki, ayələri zehnimdə möhkəmləndirmək üçün zəruridir, bu həm də mənim ən sevimli məşğuliyyətimdir.

Bu balaca qızın ən böyük arzusu Əl-Əzhərin Qurani-Kərim təlim mərkəzinə getmək və gələcəkdə bu İslam Mərkəzinin tanınmış xanım alimlərindən biri olmaqdır.

İsra Məhəmməd ən çox sevdiyi səsin Şeyx Sə`d Ğamidinin səsi olduğuna işarə edərək dedi ki, bütün Quran qarilərini səsi ilə tanıyır.

http://iqna.ir/fa/news/3692010

captcha