IQNA

Quranın Alman və Avropa dillərinə tərcüməsi-10

Quranın önyarqı ilə və düşməncəsinə tərcüməsi və bu tərcümənin tənqidçiləri

9:53 - February 18, 2018
Xəbər sayı: 3482799
Samuyel Fredrix Günter Val 1760-cı ilin Fevral ayının 2-də Almaniyanın Alax şəhərində anadan olmuşdur. O, Qurani-Kərimin Eberhard Boyzenin tərəfindən tərcüməsini təshih və redaktə etmişdir.

Quranın tərcüməsinə yenidən baxış və tənə edənlərin tənqidiİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) “Avropa və Almaniya İslami Araşdırmalar” teleqram kanalına istinadla xəbər verir ki, Samuyel Fredrix Günter Val (Samuel Friedrich Günther Wahl) 1760-cı ilin Fevral ayının 2-də Almaniyanın Erfurt əyalətinin Alax (Alach) şəhərində anadan olmuşdur. O, Qurani-Kərimin müstəqil şəkildə tərcümə etməsə də,  Eberhard Boyzenin tərcüməsini yenidən işləmiş, təshih və redaktə etmişdir.

Dr. Samuel Fredrix Günter Val Almaniyanın Halle universitetinin Şərq Dilləri üzrə professoru idi. Və Yaxın Şərqin bir çox yerli və tayfa dilləri ilə yaxından tanış idi.

Samuel Fredrix Günter Val 1784-cü ildə Şərq dilləri barədə bir kitabça da çap və nəşr etdi ki, bu kitabçada Ərəb, Erməni, Misri, Qibti, Suri, Farsi və digər dillərin tarixçəsi barədə məlumat vermiş, tanıtmış və araşdırmışdı. Bundan əlavə bir məqalə də yazaraq Fars dili və ədəbiyyatı barədə geniş izah vermişdi.

O, Yaxın Şərqdə yaşayan millərlərin, o cümlədən iranlə və ərəblərin tarix və coğrafiyası barədə müxtəlif kitab və məqalələrin müəllifidir. Ərəb tayfalarının avamlar arasında geniş yayılmış bəzi floklor şeirlərini də Alman dilinə tərcümə etmişdir.

Samuel Fredrix Günter Val baxmayaraq ki, şərq dillərini, xüsusilə də Ərəb dilini mükəmməl bilirdi, amma Qurani- Kərimi tərcümə etmək yerinə, tərcih edir ki, Eberhard Boyzenin 1773-cü ildə “Halle” şəhərində nəşr edilmiş tərcüməsini yenidən işləmiş və həmin tərcümə əsasında öz yaddaşt və əlavələri ilə yenidən çap və nəşr etdirmişdi.

Amma Samuel Fredrix Günter Valın bu tərcümə barədə yaddaşt və əlavələrində xüsusi tərəfkeşlik gözəçarpacaq dərəcədə özünü qabarıq göstərirdi.

Daniyel Berçin “Qibris və yaxın şərq 19-cu əsrdə” kitabında keçən “Anton Fun Austin və müqəddəs torpaqlar” adlı məqalədə işarə edir ki, Avstriyalı general, diplomat və sərəfnamə yazarı Anton Prokeş (Anton Prokesch von Osten) Fələstinə səfər edib, müsəlmanlar və onların müqəddəs kitabı ilə yaxından tanış olduqdan sonra öz yazılarından birində Samuel Fredrix Günter Valın Qurani- Kərimin tərcümə nüsxəsində ki, yaddaşt və fikirlərini kəskin şəkildə qınayır və tənə edir.

Bu kitabda Avstriyalı general, diplomat və sərəfnamə yazarı Anton Prokeşin sözləri eyni ilə nəql edilmişdir ki, Prokeş yazısında Günter Valın sözlərinin axmacasına deyildiyini, təkəbbürlü və üfunətli olduğunu deyir.  

Çünki Samuel Fredrix Günter Val öz tərcüməsində İslam peyğəmbərini (s) yalançı (Pseudopropheten) və riyakar (Heuchler) adlandırıb.

Samuel Fredrix Günter Val yaddaştlarında İslam Peyğəmbərini (s) avtoritar, şöhrətpərəst və öz təlimlərindən qüdrət və şöhrət üçün istifadə edən biri kimi təqdim edir. Quran təlimlərinin azdırıcı və yanlış olduğunu iddia edir.

Avstriyalı general, diplomat və sərəfnamə yazarı Anton Prokeşindən əlavə Almaniyanın məşhur ədəbiyyatçısı Fridriş Rukert də avstriyalı şərqşünas Yuzef Fun Hamer Purgeştala yazdığı məktubda Samuel Fredrix Günter Valın Quran, İslam və Peyəmbər (s) barədə fikirlərini səhv və yanlış hesab edir.  Həmçinin yəhudi ilahiyyatçısı Abraham Gayger “Məhəmməd (s) yəhudilikdən nə götürmüşdür?” adlı məqaləsində Samuel Fredrix Günter Valın İslam dininin yəhudilikdən götürülməsi və Məhəmmədin (s) yeni din gətirməməsi barədə fikirlərini tənqid etmişdir.

Almaniyanın Halle universitetinin Şərq Dilləri üzrə professoru Samuel Fredrix Günter Valın tərcüməsi 1828-ci ildə “Halle” şəhərində nəşr edilmişdir.

http://iqna.ir/fa/news/3691121

گونتر وال، بازنگری ترجمه قرآن و شماتت منتقدان

captcha