İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) ARAKAN xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, Myanmada radikal buddistlər Ruhingiya müsəlmanlarının yaşadığı bölgədə onların evlərinə hücum edədərək ən azı yeddi yaşayış evini tamamilə məhv ediblər.
Radikal buddistlər keçən həftənin şənbə günü, Fevral ayının 17-də Myanmarın qərbində yerləşən Busidung şəhərində ruhingiyalı müsəlmanların yaşadığı bölgəyə hücum edərək onların evlərini yandırıblar.
Ruhingiyalı ictimai aktivistlər müsəlmanların yanan evlərinin fotolarını paylaşaraq qeyd ediblər ki, bu kənddə yandırılan evlərin yeddisi tamamilə məhv edilibdir.
Qeyd edək ki, bu hücum və yanğın və bu hadisədə dəymiş zərər barədə hələ dəqiq məlumatlar paylaşılmayıb.