İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın Quran hafizi olan azyaşlıları Misrin Əl-Əzhər İslam Mərkəzinin təşkil etdiyi əyalət Quran yarışlarında iştirak edəcəklər.
Əl-Əzhər İslam Mərkəzinin Misrin müxtəlif əyalətlərində təşkil etdiyi Qurani-Kərim yarışlarında Rusiyada da iki az yaşlı uşaq iştirak edir.
Əhməd Cüneyd (Əl-Əzhər İslam Mərkəzinin Misrin Deqhəliyyə əyalətindəki idarə rəisi) bu iki uşaqla görüşərək onları Quran hifzini davam etdirməyə və Ərəb dilində daha çox məharət əldə etməyə təşviq etdi.
Misrin əl-Əzhər İslam Mərkəzinin Quran yarışları “Ərəbcə qiraət mübariz istəyir” devizi ilə bu ölkənin müxtəlif əyalətlərində Mart ayının 22-dək davam edəcəkdir.