IQNA

Əlcəzayir alimləri vəhabi rəhbərlərdən birinin fətvasına etiraz etdilər

11:28 - March 22, 2018
Xəbər sayı: 3482936
Əlcəzayirin Müsəlman Alimlər Birliyi bu ölkədə yaşayn radikal sələfi və vəhabilərin rəhbərlərindən biri olan Məhəmməd Əli Fərkusun qalmaqallı və mübahisəli fətvasının əleyhinə etiraz etdilər.

Əlcəzayir alimləri vəhabi rəhbərlərdən birinin fətvasına etiraz etdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-qüsd əl-ərəbi” xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Əlcəzayirin Müsəlman Alimlər Birliyi bu ölkədə yaşayn radikal və terrorçu sələfi və vəhabilərin rəhbərlərindən biri olan Məhəmməd Əli Fərkusun qalmaqallı və mübahisəli fətvasının əleyhinə etiraz etdilər.

Bu vəhabi rəhbəri fətva vermişdi ki, Əlcəzayirdə yaşayan sufilər və siyasi aktivistlər əhli-sünnə məzhəbindən və beləliklə də müsəlmanlıqdan xaricdirlər.

Axmaq vəhabinin bu fətvasından sonra Əlcəzayirin ən böyük dini təşkilatı hesab olunan Müsəlman Alimlər Birliyi bu fətvaya etiraz edərək müsəlmanları sələfilərin fətvasının qarşısında dayanmağa və bu barədə sükut etməməyə dəvət ediblər.

Əlcəzayirdə yaşayn radikal və terrorçu sələfi və vəhabilərin rəhbərlərindən biri olan Məhəmməd Əli Fərkus öz ağılı ilə “Əhli-Sünnə” olmaq üçün kriteriyalar təyin edib və buna əsasən də siyasi fəallar, sufilər, əşairə, mürciə, xəvaric, cəhmiyyə, mötizlə və əşairəni müsəlmanlıqdan xaric hesab edib.

Qeyd edək ki, Əlcəzayirin rəsmi dini İslam dinidir. Bu ölkədə yaşayan vəhabi və sələfilərin dəqiq sayı məlum olmasa da, onların idarəçiliyində olan 20 məscid fəaliyyət göstərir.

http://iqna.ir/fa/news/3701593

captcha