IQNA

Mədinədə Həzrət Zəhranın (s) xütbəsinin hifzi yarışları keçirildi

18:20 - March 22, 2018
Xəbər sayı: 3482940
Ərəbistanın Mədinə şəhərində qadınlar arasında İslam Peyğəmbərinin (s) əziz qızı Həzrət Fatimeyi- Zəhranın (s) xütbəsinin hifzi yarışları keçirildi.

Mədinədə Həzrət Zəhranın (s) xütbəsinin hifzi yarışları keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İraqın Kərbəla şəhərində yerləşən Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən informasiya portalına istinadla verdiyi xəbərə görə, Ərəbistanın Mədinə şəhərində qadınlar arasında İslam Peyğəmbərinin (s) əziz qızı Həzrət Fatimeyi- Zəhranın (s) xütbəsinin hifzi yarışları keçirildi.
Məscidun-Nəbidə (Peyğəmbərin (s) məscidi) keçirilən bu yarışda 200 nəfər ərəbistanlı xanım iştirak edib.
Yarışlar Mart ayının 21-də İraqın Kərbəla şəhərində yerləşən Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən “Zeynəbi-Hüvra (s)” (Hurisimalı Zeynəb) mərkəzinin təşəbbüsü ilə keçirilib.
Bu mərkəz Əhli-Beytin (ə) maarifini yaymaq və onların elmi və mədəni irsini yenidən dirçəltmək hədəfi ilə Həzrət Zəhranın (s) xütbəsinin hifzi yarışlarının Ərəbistanın digər regionlarında da keçiriləcəyi barədə xəbər verib.
Qeyd edək ki, İslam Peyğəmbərinin (s) əziz qızı Həzrət Fatimeyi- Zəhranın (s) xütbəsinin hifzi yarışları keçən il İraqda 2800 nəfərin iştirakı ilə keçirilmişdi.
http://iqna.ir/fa/news/3701678

captcha