IQNA

Osman Taha Quranı bütün rəvayətlər əsasında kitabət edəcək

1:04 - March 24, 2018
Xəbər sayı: 3482945
Qurani-Kərimin məşhur 80 yaşlı xəttatı və kitabətçisi deyir ki, Quranın katibi və bu müqəddəs əsəri yazmaq istəyən xəttatlar Quranı bütün qiraət rəvayətləri əsasında tilavət etməyi bacarmalıdır.

Osman Taha Quranı bütün rəvayətlər əsasında kitabət edəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qurani-Kərimin məşhur 80 yaşlı xəttatı və kitabətçisi deyir ki, Quranın katibi və bu müqəddəs əsəri yazmaq istəyən xəttatlar Quranı bütün qiraət rəvayətləri əsasında tilavət etməyi bacarmalıdır.
Hazırda bütün evlərdə onun xətti ilə yazılmış Quran nüsxələri olan Osman Taha 1934-cü ildə Suriyanın Hələb şəhərində anadan oldu. Ərəbcə xəttatlıq metodlarını atasından öyrəndi. Bundan sonra Dəməşqin “suri xətti”nin tanınmış ustadı Məhəmməd Bədvi Diraninin yanında şagirdlik etdi. 1970-ci ildə isə 2 il yarımlıq zəhmətdən sonra öz xətti ilə yazdığı və sonralar “OSMAN TAHA çapı” adı ilə məşhurlaşan Quran çapını Suriyanın İslami İşlər və Vəqflər Nazirliyinə təqdim etdi.
O öz xəttatlıq metodu barədə deyir ki, hər səhifənin bir ayə ilə başlayıb və bir ayə ilə sona çatmasında maraqlı idim. Həriflərin xətlərdəki bərabər düzülüşünə, cümlədə və kəlmədə tutduğu mövqeyinə diqqət edirdim. Beləliklə Quranı xəttatlıq və kitabət etmək üçün çap şiriftlərinə (indiki kamputer fontlarına uyğunlaşdırılmış) hərifləri dizayn etdim.  
Osman Taha deyir: Qurani-Kərimi Qalunun rəvayəti əsasında nöqtə və səsləri (e`rab) kitabət etmək çətindir. Buna görə də Quranın katibi hansı rəvayət əsasında kitabət etmək istəyirsə, həmin rəvayətə tam və kamil şəkildə agah olmalıdır.      
http://iqna.ir/fa/news/3701708

Teqlər: iqna ، xəttat ، kitabət ، osman taha
captcha