IQNA

İŞİD Fransada terror törətdi, 3 nəfər öldü

9:23 - March 24, 2018
Xəbər sayı: 3482947
İŞİD təkfirçi terrorist qruplaşmasının ünsürləri Fransanın cənubunda yerləşən Tribes şəhərində polis qüvvələrinə və bir supermarketə hücum ediblər. Bu terror hücumundə ən azı üç nəfər qətlə yetirilib.

İŞİD Fransada terror törətdi, 3 nəfər öldüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İŞİD təkfirçi terrorist qruplaşmasının ünsürləri Fransanın cənubunda yerləşən Tribes şəhərində polis qüvvələrinə və bir supermarketə hücum ediblər. Bu terror hücumundə ən azı üç nəfər qətlə yetirilib.

Cari həftənin Cümə günü bu hadisəni törədən terrorist öncədən bir nəfəri Tribes şəhərinin yaxınlığında qətlə yetirmiş və sonra maşınını oğurlayaraq Tribes şəhərinə gəlib.

Özünü İŞİD-in üzvü kimi əqdim edən bu şəxs polisə atəş açıb və supermarketdəki adamları girov götürüb.

Fransanın daxili işlər nazirliyinin təsdiq etdiyi məlumata görə, bu girovgötürmə hadisəsi zamanı da iki nəfər qətlə yetirilib. Polislə atışma zamanı terrorçu da öldürülüb.

Supermarketdə insanları girov götürən bu terrorçu Fransanın paytaxtı Parisdə 2015-ci ilin terror hadisələrini törədən və yaxın günlərdə mühakimə ediləcək Saleh Əbdüssəlamın azadlığını tələb edib.   

http://iqna.ir/fa/news/3701796

Teqlər: iqna ، İŞİd ، terrorist ، fransa ، tribes
captcha