Dünən bir mətbuat konfransında çıxış edən Əlnəcba hərəkatının sözçüsü Əbu Varis Əlmusəvi əlavə edib: Biz Amerikaya İraqda öz fitnələrini icra etmək və bu ölkəni qonşu ölkələrlə toqquşdurmaq icazəsi verməyəcəyik.
Əlnəcba hərəkatının sözçüsü ABŞ-ın İraqı özündən asılı mehvərlərin bir hissəsinə çevirmək istədiyini, İraqın isə ona belə bir icazəni verməyəcəyini vurğulayıb.
Əbu Varis Əlmusəvi vurğulayıb: Amerika İraq vasitəsilə İranla oynaya bilməz. O, bildirib ki, İran İslam Respublikası İŞİD ilə savaşda daima İraqın yanında olubdur.
Mənbə: Sahartv