IQNA

Husi lideri:

Səudiyyə ABŞ-ın köməyi olmadan Yəmənə hücum etməyə cəsarət edə bilməzdi

14:32 - March 26, 2018
Xəbər sayı: 3482950
Yəmənin "Ənsarullah" hərəkatının lideri Əbdülməlik əl-Husi Səudiyyənin ABŞ-dan birbaşa yardım almadan heç vaxt yoxsul cənub qonşusuna qarşı hərbi əməliyyata başlamağa cəsarət etməyəcəyini söyləyib.

Səudiyyə ABŞ-ın köməyi olmadan Yəmənə hücum etməyə cəsarət edə bilməzdiYəmənin "Ənsarullah" hərəkatının lideri Əbdülməlik əl-Husi Səudiyyənin ABŞ-dan birbaşa yardım almadan heç vaxt yoxsul cənub qonşusuna qarşı hərbi əməliyyata başlamağa cəsarət etməyəcəyini söyləyib.  

O, Yəmənin paytaxtı Səna şəhərində televiziya kanalında etdiyi çıxışında qeyd edib ki, Yəmənə qarşı Səudiyyə liderliyindəki təcavüzə qarışan tərəflər Vaşinqton tərəfindən geniş əhatəli dəstəklənirlər. "Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Yəməndə ABŞ və İsrail rejiminin planlarını tətbiq edən oyuncaq rejimlərdir", - deyə Husi lideri diqqət çatdırıb.  

 Əbdülməlik Husi bildirib ki, Səudiyyə Ərəbistanı Yəməndə müharibənin bütün xərclərini ödəyir və ABŞ rəsmiləri bu baxımdan əhəmiyyətli fayda əldə edirlər. "Onlar bizi diz çökdürmək istəyirdilər. Bizdən bu cür dözümlü müqavimət gözləmirdilər. Biz onlara heç bir güzəştə getməyəcəyik", - deyə yəmənli lider sözlərinə əlavə edib.

Mənbə:  eastnews

Teqlər: səudiyyə ، abş ، husi ، iqna ، quran
captcha