IQNA

Fransada müsəlmanlar əleyhinə dini ayrı-seçkilik çoxalır

23:41 - March 26, 2018
Xəbər sayı: 3482952
Son araşdırmaların statistik nəticələri göstərir ki, Fransada müsəlmanlar əleyhinə olan dini ayrı- seçkilik digər dinlərin davamçılarına nisbət daha çoxdur.

Fransada müsəlmanlar əleyhinə dini ayrı-seçkilik çoxalırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, son araşdırmaların statistik nəticələri göstərir ki, Fransada müsəlmanlar əleyhinə olan dini ayrı- seçkilik digər dinlərin davamçılarına nisbət daha çoxdur.

“LE MONDE” qəzetinin yazdığına görə, bu ölkədə dini və irqi ayrı- seçkilin çoxalması barədə Fransanın İnsan Haqları Təşkilatının milli komissiyasının müşaviri illik məruzəsində məlumat verib.

Qəzetin yazdığına görə, 2017-ci ildə müsəlmanlar əleyhinə dini və irqi ayrı- seçkilik zəminində baş verən hücumların sayı 2016-cı ildəkinə nisbətdə 7.5 dəfə çoxalıb.

Bu hesabatda qeyd olunan digər məlumata görə isə, fransalıların 44 faizi müsəlmanları öz ölkələrinin tariki kimliyi üçün təhdid hesab edirlər. 61 faizi isə belə düşünürlər ki, dini geyim və hicab onların ölkələri üçün gələcəkdə problemlər yaradacaqdır.

Qeyd edək ki, Fransanda yaşayan müsəlmanların sayı 6 milyon civarındadır ki, araşdırmalara görə, gələcək illərdə bu rəqəm sürətlə çoxalacaqdır.

http://iqna.ir/fa/news/3701830

captcha