IQNA

Quranın elmi təfsiri ilə ecazkarlığı fərqli məsələlərdir

7:46 - April 07, 2018
Xəbər sayı: 3482991
Misrin Əl-Əzhər İslam Mərkəzinin İslam Elmləri Akademiyasının Qurani-Kərimin təfsiri ustadı Quranın elmi təfsiri və ecazkarlığının fərqli məsələ olduğunu vurğulayıb.

Quranın elmi təfsiri ilə ecazkarlığı fərqli məsələlərdirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Əl-Əzhər İslam Mərkəzinin İslam Elmləri Akademiyasının Qurani-Kərimin təfsiri ustadı Quranın elmi təfsiri və ecazkarlığının fərqli məsələ olduğunu vurğulayıb.

Səmah Əzəb (Misrin Əl-Əzhər İslam Mərkəzinin İslam Elmləri Akademiyasının Qurani-Kərimin təfsiri ustadı) Misrin "Səda əl-Bələd" xəbər agentliyi ilə müsahibəsində qeyd edib ki, Qurani-Kərimin ecazkarlığı və Quranın elmi təfsirini bir-birindən ayırmaq elmi bir zərurətdir.

Xanım Səmah Əzəb deyib: Qurani-Kərimin elmi təfsiri yeni kəşf edilmiş elmlər əsasında olduğu üçün bu işi ecazkarlıq adlandırmaq yanlışdır. Çünki müasir elmi kəşflərin yanlış olmaq ehtimalı hər zaman vardır. Bu isə Quranın ecazkarlığı ilə uyğun deyil. Çünki Quranın elmi ecazkarlığı sabit və dəyişməz bir həqiqətdir. Necə ki, Qurani-Kərim Həcc surəsinin 5-ci ayəsində ana bətnində olan dölün inkişaf mərhələlərini bəyan edir.

Əl-Əzhərin ustadı vurğulayıb: Buna görə də yeni kəşf edilmiş elmlər əsasında Quran ayələrini təfsir etmək yanlışdır. Quranın elmi ecazkarlığı bu müqəddəs kitabın vəhyani olduğunu isbat etmək üçündür. Və bu elmi ecazkarlıq ilə bu kitab barədə şübhədə olanlara dəlil göstərir.

O əlavə edib: Quranın təhrif edilməsi üçün atılmış bütün addımlar məğlubiyyətə uğrayıb. Çünki Allah-Taala vədə verib ki, Qiyamət gününədək bu kitabı möcüzə olaraq qoruyacaqdır.

http://iqna.ir/fa/news/3703341

captcha