IQNA

İstambul muzeyində Qurani hüsnxəttin şah əsəri – Foto

8:51 - April 07, 2018
Xəbər sayı: 3482994
Türkiyəli incəsənət adamı, xəttat və hüsnxətt ustadı Əhməd Qarahisarinin yazdığı Qurani-Kərim nüsxəsi hüsnxətt baxımından bir şah əsərdir ki, İstambulun "topqapı muzeyi"ndə saxlanılır.

İstambul muzeyində Qurani hüsnxəttin şah əsəri – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, türkiyəli incəsənət adamı, xəttat və hüsnxətt ustadı Əhməd Qarahisarinin yazdığı Qurani-Kərim nüsxəsi hüsnxətt baxımından bir şah əsərdir ki, İstambulun "topqapı muzeyi"ndə saxlanılır. 

İranın "Kitab Araşdırmaları Mərkəzi"nin "Müqəddəs Əmanətlər" kitabının 272-ci səhifəsində yazılıb: "Türkiyənin İstambul şəhərinin Topqapı sarayının saray muzeyinin kitabxanasında qorunan kitablar ən çox Quran nüsxələri, münacatnamələr, Quran təfsirləri və sair dini kitablardır ki, qədim zamanlarda istifadə edilirmişlər.

Bu kitabların bəziləri xəttatlıq, səhifə dekorasiyası və bədiilik baxımından çox qiymətlidir. Məsələn türkiyəli incəsənət adamı, xəttat və hüsnxətt ustadı Əhməd Şəmsüddin Qarahisarinin (1468- 1566) "yaquti metodu" ilə yazdığı Qurani-Kərim nüsxəsi hüsnxətt baxımından bir şah əsərdir. Bu Quran 61.5x42.5 sm. ölçüdə yazılmışdır ki, Osmanlı imperiyası zamanında yazılan ən böyük əlyazma hesabb eidilir. Bu nüsxənin 300 səhifəsi vardır ki, ilk 200 səhifəsi Əhməd Qarahisarinin tərəfindən 1545 və 1555-ci illərdə Sultan Süleymanın vaxtında yazılmışdır. Sonrakı 80 səhifə isə onun ölümündən sonra şagirdi Həsən Çələbi tərəfindən 1584 və 1587-ci illərdə 3-cü Sultan Murad zamanında kitabət edilmişdir. Səhifələrinin qızıl ilə bəzədilməsi isə 1584 və 1596-cı illərdə başa çatmışdır.

http://iqna.ir/fa/news/3702935

شاهکار خوشنویسی قرآنی در موزه استانبول+عکس

Teqlər: iqna ، topqapı ، türkiyə ، İstambul ، qarahisari
captcha