IQNA

Əl-Əzhər "İslamda orta yol" kitabı 8 dildə çap edib

7:39 - April 09, 2018
Xəbər sayı: 3483003
Misrin İskəndəriyyə şəhərində keçirilən beynəlxalq kitab sərgisində Əl-Əzhər İslam Mərkəzinin ən son təlif və tərcümə etdiyi "İslamda orta yol" adlı kitabın 8 dildə tərcüməsi təqdim edilib.

Əl-Əzhər İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin İskəndəriyyə şəhərində keçirilən beynəlxalq kitab sərgisində Əl-Əzhər İslam Mərkəzinin ən son təlif və tərcümə etdiyi "İslamda orta yol" adlı kitabın 8 dildə tərcüməsi təqdim edilib.

Əl-Əzhərin səkkiz dilə tərcümə və çap etdiyi bu kitabı Misrli araşdırmaçı və mütəfəkkir Məhəmməd Məhəmməd Mədəni (1907-1968) təlif etmişdir.

Bu kitab indiyədək İspan, Savahili, İndoneziya, Türk, Yunan, Fars, İbri və Poştu (Əfqanıstan) dillərinə tərcümə edilmişdir.

Müəllif kitabın müxtəlif fəsillərində İslam dininin ən kamil din olmasını kifayət qədər dəlillər ilə isbat etdikdən sonra, qeyri-müsəlmanları qane etməyə çalışır ki, İslam barədə yaranmış radikal və mənfi təsəvvürlər yanlışdır. Və İslam dini bəşəriyyətin mənəvi ilsahı üçün ən gözəl proqramdır.

Kitabda "orta yola" anlayışı Quran və hədislər əsasında izah edilmiş və göstərilmişdir ki, İslam dini insanın ruhu, ülvi hisləri və fitəri ilə ən uyğun bir dindir. Həmçinin müəllif "orta yolu" insan həyatının müxtəlif sahələrində, o cümlədən fərdi, ictimai, iqtisadi, siyasi, geyim və qida kimi məsələlərdə İslami baxışdan izah edir.

Qeyd edək ki, İskəndəriyyə kitab sərgisi Mart ayının 31-də başlayıb və bu gün öz işini yekunlaşdıracaqdır.

http://iqna.ir/fa/news/3703984

captcha