IQNA

Küveytin Quran yarışlarında 79 ölkə iştirak edəcək

7:15 - April 10, 2018
Xəbər sayı: 3483011
Küveyt mükafatı beynəlxalq Qurani-Kərim yarışları bu gün, həftənin ikinci günü, 10 Aprel 2018-ci il, dünyanın 79 ölkəsindən olan 138 nəfərin iştirakı ilə öz işinə başlayır.

Küveytin Quran yarışlarında 79 ölkə iştirak edəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveyt mükafatı beynəlxalq Qurani-Kərim yarışları bu gün, həftənin ikinci günü, 10 Aprel 2018-ci il, dünyanın 79 ölkəsindən olan 138 nəfərin iştirakı ilə öz işinə başlayır.

Bu barədə dünən, həftənin birinci günü, Küveytin İslami işlər və Vəqflər nazirinin müavini Fərid İmad mətbuat toplantısında xəbər verib.

O deyib: 9-cu Küveyt mükafatı beynəlxalq Quran yarışları 79 ölkədən 139 nəfərin iştirakı ilə Qurani-Kərimin hifzi, təcvidi və tilavəti üzrə Aper ayının 10-dan 18-dək davam edəcəkdir.

Nazir müavini əlavə edib: Yarışların hədəfi müsəlman cavanalrını Qurani-Kərimin maarifi, Quranın qiraətləri, Quran elmləri ustadları ilə tanış etmək və onları Quranın öyrənilməsi və əməl edilməsinə təşviq etməkdir.

Küveytin İslami işlər və Vəqflər nazirinin Qurani-Kərim və İslami araşdırmalara üzrə müavini Vəlid Şüəyb deyib: Bu yarışlarda 139 nəfərin 72 nəfəri Quranın təcvidlə hifzi, 19 nəfəri Quranın qiraətlər əsasında hifzi və 39 nəfəri tilavət və tərtil sahəsi üzrə yarışacaqlar.

O əlavə edib: Yarışlarda Küveytin 3 nümayəndəsi iştirak edir. Dünyanın 37 ölkəsindən yarışçılar xarici işlər nazirliyi tərəfindən ölkəyə daxil olub və 34 ölkənin nümayəndəsi isə "online" olaraq yarışlara qatılacaqlar.

İran İslam Respublikasını bu yarışlarda Qurani-Kərimin hifzi üzrə Məhəmmədcavad Delfani və Quranın peşəkar qiraəti üzrə Mehdi Qulmnicat təmsil edəcəklər.     

http://iqna.ir/fa/news/3704262

captcha