IQNA

Bəhreynli aktivistlər siyasi məhbusların azadığı üçün hərəkətə keçdilər

0:38 - April 11, 2018
Xəbər sayı: 3483012
Bəhreynli aktivistlər siyasi məhbus qadınların azadlığı üçün hərəkətə keçib. Onlar sosial şəbəkələrdə kampaniyalar yaradaraq siyasi mövqelərinə görə həbs edilən xanımların azadlığı üçün çalışırlar.

Bəhreynli aktivistlər siyasi məhbusların azadığı üçün hərəkətə keçdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreynli ictimai aktivistlər siyasi məhbus qadınların azadlığı üçün hərəkətə keçdilər.

Onlar sosial şəbəkələrdə kampaniyalar yaradaraq siyasi mövqelərinə görə həbs edilən xanımların azadlığı üçün çalışırlar.

Bəhreynli siyasi-ictimai aktivistlər sosial şəbəkələrdə vətəndaşlardan istəyiblər ki, siyasi məhbus qadınları dəstəkləyən "bəhreynli siyasi məhbus qadınları azad edin" haştağı ilə kampaniyaya qoşulsunlar.

Siyasi məhbus qadınların azadlığı üçün başladılmış kampaniya bu gün, 11 Aprel 2018-ci il, günün ikinci yarısında (əsr vaxtı) rəsmi şəkild başlayacaq.

Bəhreynli siyasi-ictimai aktivistlər bildiriblər ki, Bəhreyinin İsa şəhərinin zindanlarına həbs edilən qadınların vəziyyəti çox acınacaqladır. Onların ilkin vətəndaşlıq hüquqları da təmin edilmir.

İctimai fəallar vurğulayıblar ki, siyasi məhbus xanımlar onlara qarşı tətbiq edilən yeni məhdudiyyətlərə, o cümlədən ailələri ilə görüşdən məhrum etmələri, görüş zamanı şüşə arxasında heç bir ünsiyyət yarada bilməyən görüşün keçirilməsi və tibbi xidmətlərin göstərilməməsinə etiraz edərək aclıq aksiyası keçirirlər.

Bəhreynin insan haqları və demokratiya mərkəzi deyib: İsa şəhərinin zindanlarında həbs edilən Mədin Əli adlı xanıma qarşı zorakı hərəkətlər baş verib və o, işgəncəyə məruz qalıb. Onu tibbi xidmət məsullarının müyainəsindən məhrum ediblər.   

Bu mərkəz deyib: Bəhreynli aktivist xanımlardan biri də Zeynəb Məkkidir ki, səkkiz ay mühakimə edilmədən həbsdə saxlanılıb.

http://iqna.ir/fa/news/3704465  

 

 

Teqlər: iqna ، fələstin
captcha