IQNA

Almaniyada "Quran və Hədis" konfransı

6:48 - April 11, 2018
Xəbər sayı: 3483013
Almaniyanın Osnabrück universitetində Quran və Hədis əsasında "İslam elmləri və İslami təlimlərdə yeni yanaşmalar" konfransı keçiriləcəkdir.

Almaniyada İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin Sentyabr ayının sonlarında Almaniyanın Osnabrück universitetində Quran və Hədis əsasında "İslam elmləri və İslami təlimlərdə yeni yanaşmalar" konfransı keçiriləcəkdir.

Bu konfrans Almaniyanın Osnabrück universitetinin İslami İlahiyyat müəssisəsinin təşəbbüsü ilə üç gün müddətində keçiriləcəkdir.

Konfransın keçirilməsinin əsas hədəfi İslami elmlər ilə insani elmlər arasında dialoq üçün zəmin yaratmaq, İslam elmləri, İslam tarixi və İslami irsin araşdırılmasında yeni metod, yeni yanaşmalar və yeni təfsirlərin müsəlman aləminə təqdim edilməsi, İslami təlim müəssisələrində keyfiyyətin və təhsil proqramlarının yaxşılaşdırılmasıdır.

Almaniyanın Osnabrück universitetində Quran və Hədis əsasında "İslam elmləri və İslami təlimlərdə yeni yanaşmalar" konfransında Quran təfsirləri, hədis araşdırmaları, dini təlimlərin psixoloji araşdırmaları, İslam hüquqları, İslam İlahiyyatı, İslam fəlsəfəsi və İslam tarixi müzakirə mövzusu olacaqdır.  

http://iqna.ir/fa/news/3704733

 Â«Ù‚رآن و حدیث»؛ محور کنفرانس دانشگاه آلمان

captcha