IQNA

Almaniya rəsmisi hicabın qadağasına qarşı gəldi

17:38 - April 13, 2018
Xəbər sayı: 3483020
Almaniyanın bir rəsmi vəzifəlisi dövlət tərəfindən bəzi orta təhsil məktəblərində hicab qadağası layihəsinə etiraz etdi.

Almaniya rəsmisi hicabın qadağasına qarşı gəldiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın bir rəsmi vəzifəlisi dövlət tərəfindən bəzi orta təhsil məktəblərində hicab qadağası layihəsinə etiraz etdi.

Almaniyanın immiqrasiya, mühacir və miqrantların Almaniyanın ictimaiyyətində sosial inteqrasiya olunması işləri üzrə naziri Annette Widman Mauz "DİE WELT" qəzeti ilə müsahibəsində hicab və İslami geyimlərin bu ölkənin orta təhsil məktəblərində qadağan olunması layihəsinə etirazını bildirib.

Annette Widman Mauz müsahibəsində Almaniyanın "North Rhine- Westphalia" əyalətində hicabın qadağası ilə yaranmış söz-söhbətə işarə edərək dedi: Müsəlman şagirdlərə dini geyimlərin qadağan edilməsi qanuni baxımdan bir sıra problemlərin yaranmasına səbəb ola bilər və məncə bu addım cəmiyyətin əsas problemlərinin həllində heç bir kömək etməyəcəkdir.

Almaniyanın immiqrasiya, mühacir və miqrantların Almaniyanın ictimaiyyətində sosial inteqrasiya olunması işləri üzrə naziri əlavə etdi: Bu layihənin orta təhsil məktəblərində icrası müsəlman şagirdlər tərəfindən dini ayrı-seçkilik kimi qəbul ediləcəkdir. Buna görə də ölkə vətəndaşlarını bir-birindən ayıracaq və uzaqlaşdıracaq addımlar atmaqdan çəkinmək lazımdır.

Qeyd edək ki, Almaniyanın "North Rhine- Westphalia" əyalətinin immiqrasiya, mühacir və miqrantların Almaniyanın ictimaiyyətində sosial inteqrasiya olunması işləri üzrə naziri Joachim Stamp son vaxtda BİLD qəzeti ilə müsahibəsində demişdi ki, əyalətin orta təhsil  məktəblərində hicab və dini geyimlər qadağan edilə bilər.    

http://iqna.ir/fa/news/3705244

Teqlər: iqna ، almaniya ، hicab ، əyalət
captcha