IQNA

Ənsarullah Ərəbistanı ballistik raketlə vurdu

7:56 - April 14, 2018
Xəbər sayı: 3483025
Yəmənin Ənsarullah hərəkatının döyüşçüləri Səudiyyə Ərəbistanın Cizan şəhərində yerləşən "əl-feysəl" hərbi şəhərciyini ballistik raketlə vurublar.

Ənsarullah Ərəbistanı ballistik raketlə vurduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin Ənsarullah hərəkatının döyüşçüləri Səudiyyə Ərəbistanın Cizan şəhərində yerləşən "əl-feysəl" hərbi şəhərciyini ballistik raketlə vurublar.

Bu barədə "əl-Cəzirə" peyk tv kanalının yaydığı məlumatda deyilir ki, dünən, 14 Aprel 2018-ci il, axşam saatlarında, Yəmənin Ənsarullah hərəkatının döyüşçüləri Səudiyyə Ərəbistanın Cizan şəhərində yerləşən "əl-feysəl" hərbi şəhərciyinə ballistik raket atıb.

Səudiyyə Ərəbistanın media və "kiv"ləri elan ediblər ki, terrorçu rejimin hava hücumundan müdafiə sistemi bu raketi izləyə və göydə məhv edə biliblər.

Qeyd edək ki, bundan öncə Yəmin ƏNSARULLAH hərəkatı elan etmişdi ki, Səudiyyə Ərəbistanını hər gün raketlə hədəfə alacaqdır. Bu bəyaniyyədən sonra Ənsarullah dünən gecə Cizan sənaye şəhərciyini raketlə vurub.    

http://iqna.ir/fa/news/3705438

Teqlər: iqna ، yəmən ، Ənsarullah ، raket
captcha