IQNA

Suriyada vəziyyət ABŞ-ın xeyrinə dəyişməyəcək

14:39 - April 16, 2018
Xəbər sayı: 3483034
Livan Hizbullahının baş katibi deyib ki, sionist rejim Suriyada terrorizmlə mübarizə yolunda yeni problemlər yaradıbdır ki, Suriya hökumətilə həmkarlığımızı artırmalı və möhkəmləndirməliyik.
Suriyada vəziyyət ABŞ-ın xeyrinə dəyişməyəcəkIQNA-nın Sahartv-yə istinadla verdiyi xəbərə görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Boqa məntəqəsində deyib: Sionist rejim Suriyada terrorizmlə mübarizə yolunda yeni problemlər yaradıbdır ki, Suriya hökumətilə həmkarlığımızı artırmalı və möhkəmləndirməliyik.
 
Seyid Həsən Nəsrullah əlavə edib: Əgər bəziləri Suriyadakı durumun Amerikanın, sionist rejimin və ya regiondakı ölkələrin xeyrinə dəyişəcəyini zənn edirlərsə, bilsinlər ki, illüziyaya qapılıblar.
 
O, deyib: Amerikanın kimyəvi silahların qadağan edilməsi təşkilatı heyətinin bütün üzvlərinin Dumaya gəlmələrindən öncə Suriyaya hücumu önləyici hərəkət olubdur.
 
Livan Hizbullahının baş katibi əlavə edib: Amerika və Fransa bilirdilər ki, Dumada kimyəvi silahın işlədilməsi tamaşadan başqa bir şey deyildi və buna görə, tələsik Suriyaya hücum etdilər.
 
Seyid Həsən Nəsrullah sonra deyib: Amerika-İngiltərə-Fransa üçlü koalisiyası Suriyaya hücumda yalnız üç-dörd hədəfə zərbə vura bildilər.
 
O, əlavə edib: Suriyanın hava hücumundan müdafiə qüvvələri düşmən raketlərilə yaxşı mübarizə apara bildilər.
 
Seyid Həsən Nəsrullah deyib: Suriyalı hərbçilər və zabitlər raket hücumları zamanı öz bazalarında qaldılar və bu, Suriya ordusunun düşmən ilə mübarizədəki yüksək əhval-ruhiyyəsi və iradəsindən xəbər verir.
Teqlər: suriya ، abş ، hizullah ، sionist rejim ، iqna ، quran
captcha