İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Əl-Əzhər İslam Mərkəzində "İngilis dilinin İslam dinindəki təsiri" adlı iki günlük seminar bu gün öz işinə başlayıb.
"İslamdakı yanlış məfhumların təsihində İngilis dili və ədəbiyyatının təsiri" adlı seminar Misrin Əl-Əzhər İslam Universitetinin humanitar araşdırmalar insititutunun İngilis dili, ədəbiyyatı və tərcüməsi fakültəsinin təşəbbüsü ilə keçirilir.
Bu iki günlük seminar Misrin Əl-Əzhər universitetinin rəisi Məhəmməd Mehrsavi, Əl-Əzhər İslam Universitetinin humanitar araşdırmalar insititutunun Təhiyyə Əbuşüəyşə və İngilis dili, ədəbiyyatı və tərcüməsi fakültəsinin dekanı Dəlal Cəmiinin işitakı ilə bu gün (həftənin birinci günü, 16 Aprel 2018-ci il, Qahirədə başlayıb və sabah da davam edəcəkdir.
Misrin əl-Əzhər universitetinin ustad və tələbələrinin iştirakı ilə keçirilən bu seminarda İslamdakı yanlış məfhumların təsihində İngilis dili və ədəbiyyatının təsiri araşdırılacaqdır.