IQNA

İİR-da qadınlar arasında 2-ci beynəlxalq Quran yarışları keçirilir

23:40 - April 18, 2018
Xəbər sayı: 3483047
İran İslam Respublikasında qadınlar arasında 2-ci beynəlxalq Quran yarışları 28 ölkənin iştirakı ilə cari həftənin şənbə günü, Aprel ayının 21-də başlayacaqdır.

İİR-da qadınlar arasında 2-ci beynəlxalq Quran yarışları keçirilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasında qadınlar arasında 2-ci beynəlxalq Quran yarışları 28 ölkənin iştirakı ilə cari həftənin şənbə günü, Aprel ayının 21-də başlayacaqdır.

Müsəlman qadınların 2-ci beynəlxalq Quran yarışları iyirmi səkkiz ölkənin nümayəndələrinin iştirakı ilə, 4 gün müddətində (21-24 Aprel) Tehranın İrəm hotelində keçiriləcəkdir.

Yarışların açılış mərasimi cari həftənin şənbə günü, 21 Aprel 2018-ci il, günün ikinci yarısında, yerli vaxtla saat 17:30-dan 19-dək olacaqdır.

Cari həftənin bazar günü (22 Aprel 2018), qadınlar arasında 2-ci beynəlxalq Quran yarışlarının birinci mərhələsi səhər saat 9-dan 12:30-dək və 15:30-dan 19:30-dək keçiriləcəkdir.

Aprel ayının 24-də, həftənin ikinci günü, final mərhələsinə çıxmış 7 nəfər yarışacaqdır. Daha sonra isə yarışlar qalibləri təyin etmək üçün davam edəcəkdir. Qaliblər İİR-nın 35-ci beynəlxalq Quran yarışlarının İmam Xomeyni (r.ə) adına müsəllada keçirilən yekun mərasimində mükafatlandırılacaqlar.   

http://iqna.ir/fa/news/3706951  

captcha