İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rumuniya dövləti son günlərdə işğalçı İsrailin paytaxtı Tel-Əvivdəki səfirliyini Qüdsə köçürmək qərarına gəlib.
Rumuniyanın hakimiyyətdə olan "Sosial Demokrat Partiyası"nın rəisi Liviu Nicolae Dragnea bu xəbəri elan edərək deyib ki, bu ölkənin hakimiyyəti ABŞ-a tabe olaraq İsrailin paytaxtı Tel-Əvivdəki səfirliyini Qüdsə köçürəcək.
Liviu Nicolae Dragnea həftənin Cüməaxşamı günü (19 Aprel 2018) mətbuat konfransında deyib: Rumuniyanın səfirliyinin Qüdsə köçürülməsi barədə qəti qərar qəbul edilib və bu işin icrasına başlanılıb.
Rumuniyanın hakimiyyətdə olan "Sosial Demokrat Partiyası"nın rəisinin dediyinə görə, bu barədə layihə həftənin üçüncü günü ölkənin baş naziri Viyurika Dansila tərəfindən imzalanıb. Əlbəttə, Rumuniya dövləti tərəfindən bu barədə heç bir rəsmi açıqlama verilməyib.
Əgər bu baş verərsə, Rumuniya Donald Trampın bu axmaq qərarına əmək edəcək ilk Avropa ölkəsi olacaqdır.
Qeyd edək ki, ilin əvvəlində bu məsələlərə münasibət bildirən Rumuniya prezidenti Klaus Yuhanis bu ölkənin səfirliyinin heç vaxt Tel-Əvivdən Qüdsə köçürülməyəcəyini bildirmişdi.
http://iqna.ir/fa/news/3707192