IQNA

Quran hafizini terror etdilər

23:33 - April 21, 2018
Xəbər sayı: 3483060
Malaziyanın paytaxtı Kualalampurun şimalında yerləşən Qumbak şəhərində terror edilən Fadi Məhəmməd fələstinli məşhur siyasi təhlilçi və universitet ustadı idi.

Quran hafizini terror etdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, naməlum şəxslər cavan Quran hafizi və siyasi politoloq Fadi Məhəmməd əl-Bətşi terror ediblər.

Malaziyanın paytaxtı Kualalampurun şimalında yerləşən Qumbak şəhərində terror edilən Fadi Məhəmməd fələstinli məşhur siyasi təhlilçi və universitet ustadı idi.

Məhəmməd Fadi bu gün səhər, 21 Aprel 2018-ci il, yaşadığı məhəllədə Sübh namazını qılmaq üçün məscidə gedərkən motorsikletə minmiş naməlum şəxslər tərəfindən güllə ilə vurularaq şəhid edilib.

Qəzzə zolağının şimalındakı Cibaliya şəhərciyindən olan 35 yaşlı Fadi Məhəmməd Malaziyanın "Qumbak" şəhərindəki qeyri-dövlət tədris mərkəzində dərs deyirdi. O, məscidlərdən birinin imamlığını da qəbul etmişdi.

O həm də Ərəb Dünyasının ən yaxşı siyasi icmalçısı adını qazanmış bacarıqlı tədqiqatçı və araşdırmaçı və həm də Qurani-Kərimin hafizi idi.

Fəsləstinin İslami Cihad Təşkilatının rəhbəri Xalid Bətş üç övladı yetim qalan Fadi Məhəmmədin ölümündə sionist yəhudilərin şübhəli bilindiyini elan edib.        

http://iqna.ir/fa/news/3707401   

Teqlər: iqna ، fələstin ، mossad ، quran hafizi ، malaziya
captcha