IQNA

İranda qadınlar arasında 2-ci beynəlxalq Quran yarışları başladı

6:31 - April 22, 2018
Xəbər sayı: 3483062
İran İslam Respublikasının qadınlar arasında 2-ci beynəlxalq Qurani-Kərim yarışlarının açılış mərasimi Tehranın İrəm hotelinin beynəlxalq toplantılar salonunda keçirilib.

İranda qadınlar arasında 2-ci beynəlxalq Quran yarışları başladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin şənbə günü, 21 Aprel 2018-ci il, İran İslam Respublikasının qadınlar arasında 2-ci beynəlxalq Qurani-Kərim yarışlarının açılış mərasimi Tehranın İrəm hotelinin beynəlxalq toplantılar salonunda keçirilib.

Günün ikinci yarısında (17:30 – 19:00) keçirilən açılış mərasimində İran İslam Respublikasının məsul şəxsləri, xarici qonaqlar və yarışlara qatılmaq üçün gəlmiş 28 ölkənin 28 nümayəndəsi iştirak ediblər.

Ali Rəhbəri Seçmə Məclisinin üzvü Höccətul-İslam vəl-müslimin Mirbaqiri, Quran mədəniyyətinin genişləndirilməsi şurasının baş katibi Höccətul-İslam vəl-müslimin Həmid Məhəmmədi və İranın xeyriyyə işlər və vəqflər təşkilatının rəisi Höccətul-İslam vəl-müslimin Əli Məhəmmədi mərasimin xüsusi qonaqları olublar.

Mərasimi İranın 35-ci beynəlxalq Quran yarışlarının qadınlar komitəsinin məsulu xanım Məsumə Fərzanə qonaqları salamlayaraq başlayıb və yarışların keçirilməsi barədə danışaraq dedi: Qadınlar arasında 2-ci beynəlxalq Quran yarışlarında 28 ölkədən 28 nümayəndə iştirak edir. Bu yarışlarda İran İslam Respublikasını Mazandaran əyalətindən Həkimə Nəsiri Quranın hifzi üzrə təmsil edəcəkdir. Onun iki övladı vardır.

Xanım Məsumə Fərzanə əlavə etdi: Yarışları 14 nəfərlik hakimlər heyəti idarə edəcək ki, onların 9 nəfəri iranlı və digər 5 nəfəri xaricidirlər. Yarışlar Aprel ayının 24-dək davam edəcəkdir və sonda final mərhələsinin 3 nəfər qalibi mükafatlandırılacaqdır.     

http://iqna.ir/fa/news/3707613

İranda qadınlar arasında 2-ci beynəlxalq Quran yarışları başladı

captcha