IQNA

Kufi Quranı şüşə vitrində qorunur – Foto

12:05 - April 23, 2018
Xəbər sayı: 3483068
Kufi xətti ilə yazılmış və 1100 il tarixi olan bu Quran nüsxəsi son vaxtlarda Ərəbistanın paytaxtı Riyazda "Kitab; gələcək və inkişaf" devizi ilə keçirilən beynəlxalq kitab sərgisində nümayiş edilib.

Kufi Quranı şüşə vitrində qorunur – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, təqribən 1100 illik tarixə malik bir əlyazma Quran nüsxəsi şüşə vitrində qorunur. Bu əlyazma Quran nüsxəsi Kufi xətti ilə kitabət edilmişdir.

Kufi xətti ilə yazılmış və 1100 il tarixi olan bu Quran nüsxəsi son vaxtlarda Suədiyyə Ərəbistanın paytaxtı Riyazda "Kitab; gələcək və inkişaf" devizi ilə keçirilən beynəlxalq kitab sərgisində nümayiş edilib.

Dəri üzərinə dəqiq və gözəl şəkildə Kufi xətti ilə kitabət edilmiş bu əlyazma Quran nüsxəsinin hicri-qəməri tarixi ilə 3-cü əsrdə yazıldığı deyilir.

Şüşə qoruyucuda saxlanan bu qədim nüsxə Ali-İmran surəsinn 50-ci ayəsindən başlayır və Əbəsə surəsinin axırıncı ayəsi ilə tamamlanır.

http://iqna.ir/fa/news/3708107

نگهداری قرآن کوفی در ویترین شیشه‌ای+عکس

نگهداری قرآن کوفی در ویترین شیشه‌ای+عکس

Teqlər: quran ، əlyazma ، iqna ، nüsxə ، kufi xətti
captcha