IQNA

Paris terror hadisəsini törədənə 20 il həbs cəzası

9:18 - April 24, 2018
Xəbər sayı: 3483072
CNN isə xəbərlərdə deyib ki, Belçikada qiyabi şəkildə keçirilən məhkəmədə Salah Abdussalam barədə verilən hökmün Paris terror hadisələri ilə heç bir əlaqəsi yoxdur.

Paris terror hadisəsini törədənə 20 il həbs cəzasıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 2015-ci ilin Noyabr ayında Fransanın paytaxtı Parisdə terror hadisəsini törədənlərdən diri qalaraq həbs edilən cavana 20 il həbs cəzası verildi.

CNN isə xəbərlərdə deyib ki, Belçikada qiyabi şəkildə keçirilən məhkəmədə Salah Abdussalam barədə verilən hökmün Paris terror hadisələri ilə heç bir əlaqəsi yoxdur.

Salah Abdussalam və onun tunisli həmkarı Süfyan Əyari 2016-cı ildə Belçika polisinə atəş açdıqları üçün saxlanılıblar və məhkəmənin hökmü ilə 20 müddətində həbs ediliblər.

Paris hadisələrinə təqsirkar bilinən Salah Abdussalam isə hazırda Fransada həbsdədir və Paris terror hadisələri ilə bağlı məhkəməsini gözləyir.  

Qeyd edək ki, 2015-ci ilin Noyabr ayında Parisdə törədilən terror aktında onlarla insan yaralanmış və 150 nəfər həyatını itirmişdi. Salah Abdussalam isə evini və maşınını intiharçı terroristlərə icarə verdiyinə və Parisin stadionunu partlatmaq istədiyinə etiraf edib.

http://iqna.ir/fa/news/3708450

Teqlər: iqna ، paris ، belçika ، terror ، fransa
captcha