IQNA

Atamın tövsiyəsi ilə Quranı əzbərlədim

9:39 - April 24, 2018
Xəbər sayı: 3483073
Mənim 19 yaşım var və 16 yaşımdan Qurani-Kərimi atamın tövsiyəsi ilə əzbərləməyə başladım. Və iki il yarım ərzində bütün Quranı əzbərləməyə müvəffəq oldum.

Atamın tövsiyəsi ilə Quranı əzbərlədimİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Quranın hifzi və qiraəti üzrə keçirilən "35-ci beynəlxalq Quran yarışları"nın nəzdində təşkil edilən "xanımlar arasında 2-ci beynəlxalq Quran yarışları"na Cənubi Afrikadan ezam olunan Aliyə Əli İQNA ilə müsahibəsində dedi: Atam Quran müəllimidir və Vəhy kəlamının öyrənilməsi və əzbərlənilməsi yolunda mənim himayədarım olub və məni Quranı hifz etməyə təşviq edib.

Aliyə Əli dedi: Mənim 19 yaşım var və 16 yaşımdan Qurani-Kərimi atamın tövsiyəsi ilə əzbərləməyə başladım. Və iki il yarım ərzində bütün Quranı əzbərləməyə müvəffəq oldum.

O vurğuladı: Mənim bir bacım və bir qardaşım vardır. Və qardaşım da Quran hafizidir.

Quranı necə əzbərləməsindən danışan Aliyə xanım dedi: "Quranı sətir-sətir əzbərlədim. Səhifəni tamamlayanda əzbərlədiyim ayələri yenidən təkrarlayırdım. Əlbəttə bu yolda atam da kömək edirdi və onun dəyərli təcrübəsində faydalanırdım. Atamın tövsiyəsi ilə Məhəmməd Siddiq Minşaviyə çox qulaq asıram və onun metodu ilə Quranı tilavət edirəm.

Təkcə bir dəfə Cənubi Afrikanın region Quran yarışlarında iştirak etdiyini və yarış təcrübəsi olmadığını deyən Aliyə xanım əlavə etdi: Birinci dəfədir ki, beynəlxalq Quran yarışlarında iştirak edirəm və İran İslam Respublikasının təşkil etdiyi bu yarışlar da fikrimcə çox münasib səviyyədə keçirilir. Qonaqları da çox yaxşı qarşıladırlar. İranlılar qonaqpərvər insandırlar. Mən İranı çox sevirəm və sevinirəm ki, bu yarışlarda iştirak edə bildim.

Aliyə xanım sonda dedi: Tehran yarışlarında uğurlu bir yer qazanmaq ürəyimin arzusudur. Əlbəttə yarışlarda mən öz icramı çox bəyənmədim, bundan daha yaxşı icra edə bilərdim.

Müsahibə aldı: Zəhra Növkani

http://iqna.ir/fa/news/3708324

بانوی قرآنی آفریقا و عمل به توصیه پدر/ سبک منشاوی را می‌پسندم

 Ø¨Ø§Ù†ÙˆÛŒ قرآنی آفریقا و عمل به توصیه پدر/ سبک منشاوی را می‌پسندم

آماده//بانوی قرآنی آفریقا و عمل به توصیه پدر/ سبک منشاوی را می‌پسندم

captcha