IQNA

Tələbələrin beynəlxalq Quran yarışlarının qalibləri mükafatlandırıldı

7:06 - April 25, 2018
Xəbər sayı: 3483077
İran İslam Respublikasında Qurani-Kərimin hifzi və qiraəti üzrə kişilər, xanımlar, tələbələr və görmə qüsuru olanlar arasında 35-ci beynəlxalq Quran yarışları sona çatdı.

Tələbələrin beynəlxalq Quran yarışlarının qalibləri mükafatlandırıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasında Qurani-Kərimin hifzi və qiraəti üzrə kişilər, xanımlar, tələbələr və görmə qüsuru olanlar arasında 35-ci beynəlxalq Quran yarışları sona çatdı.

İran İslam Respublikasının 35-ci beynəlxalq Qurani-Kərim yarışlarının tərkib hissəsi kimi keçirilən "İslam Dünyasının Dini Tələbələrinin 2-ci Beynəlxalq Quran Yarışları" dünən, həftənin ikinci günü, 25 Aprel 2018-ci il, başa çatıb və axşam saatlarında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

"İslam Dünyasının Dini Tələbələrinin 2-ci Beynəlxalq Quran Yarışları"nın yekun mərasimi İİR-nın müqəddəs Qum şəhərinin İmam Kazim (ə) adına ali elmi mədrəsəsinin "Peyambəri-Əəzəm (s) toplantı salonu"nda keçirilib. Mərasimdə Qum Ali Dini Elmi Hövzəsinin tanınmış ustadları, Ali Dini Elmi Hövzənin rəisi Ayətullah Əərafi və şiələrin böyük təqlid mərcəsi Ayətullah Ümza Sübhani iştirak ediblər.  

Mərasimdə mükafatlandırılan və Quranın hifzi və qiraəti üzrə birinci üç yeri qazanan tələbələrin adını ixtisas kateqoriyası üzrə təqdim edirik:

Qurani-Kərim qirəti və məfhumları

Məhəmməd Zahidi – birinci yer – İran

Əli Həsən Əbdül-əəla – ikinci yer – İraq

Məhəmməd Rza Nuri – üçüncü yer – Əfqanıstan

Qurani-Kərim hifzi və məfhumları

Mahmud Novruzi – birinci yer – İran

Əhməd Yüsri – ikinci yer – Misr

Məhəmməd Ticani- üçüncü yer – Qana

Quran ayələri əsasında xütbə oxumaq (natiqlik qabiliyyəti)

Həsən Məhəmməd Vəlid Bərəkat – birinci yer – Suriya

Macid Vəşli – ikinci yer – Yəmən

Əhməd Ğərbavi – üçüncü yer – İran

 http://iqna.ir/fa/news/3708866

Tələbələrin beynəlxalq Quran yarışlarının qalibləri mükafatlandırıldıTələbələrin beynəlxalq Quran yarışlarının qalibləri mükafatlandırıldıTələbələrin beynəlxalq Quran yarışlarının qalibləri mükafatlandırıldıTələbələrin beynəlxalq Quran yarışlarının qalibləri mükafatlandırıldı

captcha