IQNA

İİR-nın 35-ci beynəlxalq Quran yarışları başa çatdı

8:38 - April 25, 2018
Xəbər sayı: 3483078
İİR-nın Qurani-Kərimin hifzi və qiraəti üzrə kişilər, xanımlar, tələbələr və görmə qüsuru olanlar arasında 35-ci beynəlxalq Quran yarışları həftənin ikinci günü, 24 Aprel 2018-ci il, sona çatdı.

İİR-nın 35-ci beynəlxalq Quran yarışları başa çatdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasında Qurani-Kərimin hifzi və qiraəti üzrə kişilər, xanımlar, tələbələr və görmə qüsuru olanlar arasında 35-ci beynəlxalq Quran yarışları dünən, həftənin ikinci günü, 24 Aprel 2018-ci il, sona çatdı.

Bu xəbərə görə, İran İslam Respublikasında Qurani-Kərimin hifzi və qiraəti üzrə kişilər, xanımlar, tələbələr və görmə qüsuru olanlar arasında 35-ci beynəlxalq Quran yarışlarının yekun iclası və qaliblərin mükafatlandırılması mərasimi, bu gün, həftənin üçüncü günü, 25 Aprel 2018-ci il, günün ikinci yarısında, yerli vaxtla saat 17:00-da keçiriləcəkdir.

Beynəlxalq yarışların qalibləri olan Quran hafizlərinin və qarilərinin mükafatlandırılacağı bu mərasimdə İran İslam Respublikasının Milli Məclisinin sədri Dr. Əli Laricani iştirak edəcəkdir.

Qeyd edək ki, İran İslam Respublikasında Qurani-Kərimin hifzi və qiraəti üzrə kişilər, xanımlar, tələbələr və görmə qüsuru olanlar arasında 35-ci beynəlxalq Quran yarışları 84 ölkədən 370 nəfərin iştirakı ilə Aprel ayının 20-də başlamışdı, dünən, həftənin ikinci günü, Aprel ayının 24-də sona çatdı. Bu yarışlarda xanımlar, kişilər, dini tələbələr və görmə qüsuru olan əlillər Quranın hifzi və qiraəti üzrə yarışdılar. Yarışlar Tehranın İmam Xomeyni müsəllasında, İrəm hotelində və Qum şəhərində keçirildi.

Xatırladırıq ki, bu yarışlar başqa kateqoriyada, yəni İslam ölkələrinin universitet tələbələri arasında, Aprel ayının 27, 28 və 29-da davam edəcəkdir.

İslam Ölkələrinin Universitet Tələbələrinin 6-cı Qurani-Kərim yarışları İran İslam Respublikasının "Cihade- Daneşqahi" (Universitetlərin elmi cihadı) təşkilatının Quran idarələrinin təşəbbüsü ilə keçirilir.  

http://iqna.ir/fa/news/3708933

Teqlər: iqna ، quran ، quran yarışları ، iran
captcha