İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin üçüncü günü, 25 Aprel 2018-ci il, İran İslam Respublikasının Quranın hifzi və qiraəti üzrə 35-ci beynəlxalq Quran yarışlarının yekun mərasimi keçirilib və qaliblər mükafatlandırılıb.
Tehranın İmam Xomeyni (r.ə) müsəllasında keçirilən yekun mərasimində İran İslam Resublikasının Ali İslami Şurasının (Milli Məclis) rəisi Dr. Əli Laricani, İranın xeyriyyəçilik işləri və vəqflər təşkilatının rəisi, həmçinin Ali Dini Liderin səlahiyyətli nümayəndəsi Höccətul-İslam vəl-müslimin Əli Məhəmmədi, digər dövlət rəsmiləri, Quran aktivistləri, Quran qariləri və hazifləri iştirak ediblər.
Mərasimdə İİR-nın 35-ci beynəlxalq Quran yarışları, müsəlman ölkələri xanımlarının 2-ci beynəlxalq yarışları, görmə qüsuru olan Quran hafizlərinin 3-cü beynəlxalq yarışları və İslam dünyasının dini tələbələrinin 2-ci Quran yarışlarının qalibləri mükafatlandırılıblar.
İranın xeyriyyəçilik işləri və vəqflər təşkilatının rəisi, həmçinin Ali Dini Liderin səlahiyyətli nümayəndəsi Höccətul-İslam vəl-müslimin Əli Məhəmmədi çıxışında bildirib ki, "bir kitab, bir ümmət" devizi ilə keçirilən bu yarışlarda 84 ölkədən 38 hakimin (24 xarici və 24 iranlı) idarəçiliyi ilə 370 nəfər iştirak edib. (3709233)
Mərasimdə mükafatlandırılan və Quranın hifzi və qiraəti üzrə birinci üç yeri qazanan iştirakçıların adlarını ixtisas kateqoriyası üzrə təqdim edirik:
35-ci beynəlxalq Quran yarışlarının peşəkar qiraət üzrə qalibləri:
Əlirza Rzayi (Əfqanıstan)
Seyid Mustadda Hüseyni (İran)
Abbas Mustafa Şəri (Livan)
35-ci beynəlxalq Quran yarışlarının HİFZ üzrə qalibləri:
Kişilər:
Mustafa İsfahaniyan (İran)
Məhəmmədrəşad Əbdüs-Səmii Əziz (Misr)
Əhsənullah Əbul-Haşim (Banqladeş)
Xanımlar:
Həkimə Nəsiri (İran)
Əqilə bint Kəruş (Əlcəzayir)
Aşura Aman Leyla Nəqi (Tanzaniya)
Dini tələbələrin Quran yarışlarının qalibləri
Qurani-Kərim qirəti və məfhumları
Məhəmməd Zahidi – birinci yer – İran
Əli Həsən Əbdül-əəla – ikinci yer – İraq
Məhəmməd Rza Nuri – üçüncü yer – Əfqanıstan
Qurani-Kərim hifzi və məfhumları
Mahmud Novruzi – birinci yer – İran
Əhməd Yüsri – ikinci yer – Misr
Məhəmməd Ticani- üçüncü yer – Qana
Quran ayələri əsasında xütbə oxumaq (natiqlik qabiliyyəti)
Həsən Məhəmməd Vəlid Bərəkat – birinci yer – Suriya
Macid Vəşli – ikinci yer – Yəmən
Əhməd Ğərbavi – üçüncü yer – İran
Görmə qüsuru olanlar arasında Quran yarışlarının qalibləri
Quranın hifzi:
Məhəmməd Ənis (Hindistan)
Əkrəm Avçar (Türkiyə)
Məhəmməd Səid Əbdülğəni Qüməyri (Misr)
Qiraət üzrə:
Məhəmməd Qayim Nizar (Malaziya)
Əmidrza Rəhimi (İran)
Hüseyn Məhəmməd Şəllal (İraq)