IQNA

Müsəlman tələbələrinin VI beynəlxalq Quran yarışları başlayır

10:56 - April 27, 2018
Xəbər sayı: 3483084
Bu yarışlarda Qurani-Kərimin hifzi və qiraəti üzrə Asiya, Afrika və Avropandan olan 35 müsəlman ölkəsindən 44 nəfər tələbə rəqabət edəcəklər.

Müsəlman tələbələrinin VI beynəlxalq Quran yarışları başlayırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin Cümə günü, 27 Aprel 2018-ci il, günün ikinci yarısında, İran İslam Respublikasının müqəddəs Məşhəd şəhərində, mehribanlıqlar imamı, Əhli-Beytdən (ə) olan 8-ci məsum rəhbər Həzrət İmam Rzanın (ə) hərəmində Müsəlman Ölkələrinin Universitet Tələbələrinin 6-cı Beynəlxalq Qurani-Kərim Yarışları başlayır.

Mübarək Şəban ayı günlərində keçiriləcək müsəlman tələbələrin VI beynəlxalq Qurani-Kərim yarışları bu gün, Cümə günü, 27 Aprel 2018-ci il, yerli vaxtla saat 15:00-da başlayır və cari həftənin bazar günü axşam, 29 Aprel 2018-ci il başa çatacaqdır.

Bu yarışlarda Qurani-Kərimin hifzi və qiraəti üzrə Asiya, Afrika və Avropandan olan 35 müsəlman ölkəsindən 44 nəfər tələbə rəqabət edəcəklər.

Onlardan 19 nəfəri Qurani-Kərimin peşəkar qiraəti və 25 nəfəri Qurani-Kərimin kamil hifzi üzrə yarışacaqlar.

Yarışların final mərhələsinə hər ixtisas üzrə (qiraət və hifz) beş nəfər tələbə vəsiqə qazana bilər.

Bu yarışları altı hakim, 2 iranlı və 4 xarici, idarə edəcəklər. Hakimlər heyətinin rəisi Haşim Rövğənidir. Xarici hakimlər isə İndoneziya, İordaniya və Əfqanıstandandırlar.

Xatırladaq ki, İran İslam Respublikasının Müsəlman Ölkələrinin Universitet Tələbələrinin 6-cı Beynəlxalq Qurani-Kərim Yarışları İİR-nın Tələbələrin Quran Təşkilatı, Universitetlərin Elmi Cihad Təşkilatı, Xeyriyyə işləri və vəfqlər təşkilatının təşəbbüsü və İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi), İranın Quran tv kanalının və Məşhəd şəhərinin icra hakimiyyətinin həmkarlığı ilə keçirilir.

http://iqna.ir/fa/news/3709461

عصر امروز؛ آغاز مسابقات قرآن دانشجویان مسلمان در جوار حرم امام مهربانی‌ها

عصر امروز؛ آغاز مسابقات قرآن دانشجویان مسلمان در جوار حرم امام مهربانی‌ها

 

captcha