IQNA

Misr silahlı qüvvələri Qəzzə zolağında əməliyyat keçirir

13:25 - May 02, 2018
Xəbər sayı: 3483112
Misrin Sina yarımadası son zamanlar Misr silahlı qüvvələri ilə silahlı qruplaşmalar, radikal təkfirçi vəhabilər və terroristlərin savaş meydanına çevirilib.

Misr silahlı qüvvələri Qəzzə zolağında əməliyyat keçirirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "rusiya əl-yəvm" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Misr silahlı qüvvələri Qəzzə zolağında əməliyyat keçirəcək.

Bu məlumata əsasən, Misrin hərbi qüvvələri Qəzzə və işğal edilmiş Fələstin torpaqları ilə sərhəddə geniş əməliyyatlar keçirmək hədəfi ilə Qəzzə zolağına yerləşiblər.

Misr silahlı qüvvələrinin Qəzzə və işğal edilmiş ərazilərə qoşun yeritməsinin əsas hədəfi Sina səhrasını silahlı qruplaşmalar və terroristlərdən təmizləməkdir.

Sionist rejimi İsrail Misr silahlı qüvvələrinin bu manevrindən sonra işğal edilmiş ərazilərdə yaşayan yəhudilərə xəbərdarlıq edərək deyib ki, yaxın günlərdə və həftələrdə ola bilsin ki, davamlı partlayış və silah səsləri eşidilsin.  

Qeyd edək ki, Misrin Sina yarımadası son zamanlar Misr silahlı qüvvələri ilə silahlı qruplaşmalar, radikal təkfirçi vəhabilər və terroristlərin savaş meydanına çevirilib.

http://iqna.ir/fa/news/3711123

captcha