IQNA

Almaniyada hicaba dəstək kampaniyası: "Sənin kimi bir qadın"

13:41 - May 02, 2018
Xəbər sayı: 3483113
Almaniyada hicablı xanımlara dəstəkə həfədi ilə sosial şəbəkələrdə, o cümlədən "facebook"da "sənin kimi bir qadın" kampaniyası başladılıb.

Almaniyada hicaba dəstək kampaniyası: İNQA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyada hicablı xanımlara dəstəkə həfədi ilə sosial şəbəkələrdə, o cümlədən "facebook"da "sənin kimi bir qadın" kampaniyası başladılıb.

İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Mərkəzinin məlumatına əsasən, "sənin kimi bir qadın" Almaniyada yaşayan müsəlman xanımların soasial şəbəkələrdə, xüsusi ilə də "facebook"da yaratdıqları bir səhifənin adıdır.

Müsəlman xanımlardan bir qrupu bu qərara gəliblər ki, Almaniya cəmiyyətində müsəlmanlar barədə, o cümlədən hicab, dini geyim və müsəlmanların fərdi, ailəvi və ictimai həyat tərzi barədə öz fikir və rəylərini sosial şəbəkələr vasitəsi və sosial kampaniya yaratmaq ilə digər kişi və qadınlar ilə bölüşsünlər.

Buna görə də onlar "instaqram" sosial şəbəkəsində səhifə yaradaraq müsəlman xanımlardan istəyiblər ki, öz şəkillərini bölüşərək, hicabın həyatlarındakı rolu, İslami geyim və müsəlmanın həyat tərzi barədə təəssüratlarını bölüşsünlər.

Facebook sosial şəbəkəsində səhifə yaradan "sənin kimi bir qadın" qrupu çalışır ki, Almaniya və Avropada yaşayan xalqlara hicabın və dini geyimin müsəlmanlara yasaq edilməsi və buna görə müsəlmanlara təzyiq göstərilməsinin ədalətsiz bir qərar olduğunu çatdırsınlar və bu işin qarşısının alınmasında insanların dəstəyini qazansınlar.      

http://iqna.ir/fa/news/3710764

«یک زن مثل تو»؛ کمپین حمایت از حجاب در آلمان

Teqlər: iqna ، hicab ، almaniya ، kampaniya ، sosial ، facebook
captcha