IQNA

Tehranın kitab sərgisində Quranın audio tərcümə və təfsiri

19:32 - May 07, 2018
Xəbər sayı: 3483134
İran İslam Respublikasının paytaxtı Tehranda beynəlxalq kitab sərgisi keçirlir. Sərgi May ayının 2-də başlayıb və 12-nə qədər davam edəcəkdir.

Tehranın kitab sərgisində Quranın audio tərcümə və təfsiriİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının paytaxtı Tehranda beynəlxalq kitab sərgisi keçirlir. Sərgi May ayının 2-də başlayıb və 12-nə qədər davam edəcəkdir.

Sərgidə elektron kitabxanalar təqdim edən şirkətlər sırasında İİR-nın dini komputer proqramları və dini elektron kitabxanalar istehsalında məşhur olan İslam Elmləri Kamputer Araşdırmalar Mərkəzi də vardır.

İslam Elmləri Kamputer Araşdırmalar Mərkəzinin bu sərgidə təqdim etdiyi dini elektron kitabxanalardan biri də müsəlmanlar Qurani-Kərimin təfsir və tərcüməsi barədə yazılmış kitabları ehtiva edən "Cameut-Təfasir" elektron kitabxanasıdır.

Bu elektron kitabxanada həm də Qurani-Kərimin 27 dildə tərcüməsinin və bir sıra təfsirlərinin audio formatı da vardır. Bundan əlavə Qurani-Kərimin məşhur qiraət ustadlarının səsi ilə 57 saat görüntülü tilavəti də proqramda yerləşdirilmişdir.

Cameut-Təfasir proqramında Qurani-Kərimin bütün tərtil tilavəti 15 müxtəlif ustadın səsi ilə verilmişdir.

Bu proqramın istifadəçi dili Fars, Ərəb və İngiliscədir. Təfsir kitabları isə Ərəb və Fars dillərindədir. Qurani-Kərim tərcümələri isə dünyanın müxtəlif dillərində və teks və audio formatlarında verilmişdir.

http://iqna.ir/fa/news/3712148  

captcha