IQNA

"Tərbiyəçinin köməkçisi" saytı təsis edildi

9:36 - May 08, 2018
Xəbər sayı: 3483135
Cavanların maarifləndirilməsi, valideynlərin tərbiyə metodları baxımdan ehtiyaclarının və tərbiyəçilərin elmi bazalarının təmin edilməsi məqsədi ilə "tərbiyəçinin köməkçisi" portalı təsis edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasında Həzrət İmam Mehdi Sahib-Zamanın (ə.f) mövlud günlərində İslami təlim və tərbiyənin cəmiyyətdə yayılması, cavanların sağlam tərzdə maarifləndirilməsi, valideynlərin tərbiyə metodları baxımdan ehtiyaclarının və tərbiyəçilərin elmi bazalarının təmin edilməsi məqsədi ilə "tərbiyəçinin köməkçisi" informasiya portalı təsis edildi.

"Təbiyəçinin köməkçisi" (https://www.hamrahmorabi.ir) informasiya portalı müqəddəs Qum şəhərinin "Misbahul-Hüda" (Hidayət Çırağı) elmi-mədəni müəssisəsi tərəfindən təsis edilmişdir. Saytın təsisinin  əsas hədəfi cəmiyyətin, müəllimlərin, tərbiyəçilərin, təbliğçilərin, valideynlərin və cavanların İslami təlim və tərbiyə məsələsində ehtiyaclarını sosial şəbəkələr və saytlar vasitəsi ilə təmin etməkdir.

Saytda tərbiyə metodları, düşüncənin inkişafı və uşaqlarda ağlın çiçəkləndirilməsi üçün lazım olan materiyallar verilmişdir.

Bu saytda tərbiyə işi ilə məşğul olanlar üçün elmi məqalələr, Ayətullah Hairi Şirazi, Höccətul-İslam Mirbaqiri, Ayətullah Xamenei və sair alimlərin tərbiyəvi göstərişləri yerləşdirilmişdir.

Bundan əlavə saytda dünyanın təlim və tərbiyət sahəsində əldə olunan yenilikləri barədə məlumat və xəbərlər də verilir.

Saytın sosial şəbəkələrdə "hatif" (https://www.instagram.com/hatef_app) adlı səhifəsi də vardır ki, saytın materiyallarını qısa cümlələrdə və fotolar əsasında paylaşır.   

http://iqna.ir/fa/news/3712123

captcha