İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, mübarək Ramazan ayının başlanması münasibəti ilə Türkiyənin "Qazianrep" şəhərində Quranla üns məclisləri təşkil edilmişdir.
Bu məclislərin əsas hədəfi mübarək Ramazan ayaı boyunca insanları Qurani-Kərim təfsir, məfhum və maarifi ilə daha yaxından tanış etməkdir.
Qazinatep şəhərində isə məscidlər mübarək Ramazan ayında daha izdihamlı olur və Quranla üns məclislərinə çox sayda insanlar gəlirlər. Şəhər əhalisi müxtəlif məscidlərə toplaşaraq hər gün bir cüz Quranı xətm edirlər.
Türkiyənin dini işlər təşkilatının təşəbbüsü ilə keçirilən bu məclislərin əsas hədəfi vətəndaşları Qurani-Kərimlə üns və əlaqə yaratmağa həvəsləndirmək və onları Quran maarifi ilə daha yaxından tanış etməkdir.
Bundan əlavə mübarək, xeyirli və bərəkətli Ramazan ayının başlaması münasibəti ilə Türkiyənin digər müxtəlif şəhərlərində də Quranla üns məclisləri təşkil edilmişdir.
Qeyd edək ki, Türkiyənin müxtəlif şəhərlərində mübarək Ramazan ayının başlanması ilə Quranla üns məclisləri təşkil etmək artıq bir sünnət və adət halını almışdır və vətəndaşlar bu məclisləri maraqla qarşılayırlar.