IQNA

Tehranda beynəlxalq Quran sərgisi başladı

15:15 - May 19, 2018
Xəbər sayı: 3483192
İranın 26-cı beynəlxalq Qurani sərgisinin açılış mərasimi bu günTehranın "İmam Xomeyni (r.ə) müsəllası"nda İİR-nın Quran sahəsi aktivistlərinin və dövlət rəsmilərinin iştirakı ilə keçiriləcəkdir.

Tehranda beynəlxalq Quran sərgisi başladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin şənbə günü, 19 May 2018-ci il, İran İslam Respublikasının paytaxtı Tehranda beynəlxalq Qurani-Kərim sərgisi öz işinə başlayır.

İran İslam Respublikasının 26-cı beynəlxalq Qurani-Kərim sərgisinin açılış mərasimi bu gün, axşam saatlarında Tehranın "İmam Xomeyni (r.ə) müsəllası"nda İİR-nın Quran sahəsi aktivistlərinin və dövlət rəsmilərinin iştirakı ilə keçiriləcəkdir.

Açılış mərasimində həzrət Ayətullah Üzma Cəfər Sübhaninin videoismarıcı yayımlanacaq və həmçinin nəfis bir Quran nüsxəsinin təqdimatı olacaqdır. Həmçinin mərasim Quran və Maarif kanalından birbaşa yayımlanacaqdır.

Qeyd edək ki, sərginin icraçı direktoru Höccətül-İslam vəl-müslimin Seyid Həmid Hüseyninin açıqlmasına görə, açılış mərasimi bu gün keçirilsə də ümumi kütlə üçün sərgiyə baxış keçirmək imkanı mümkün olmayacaqdır və vətəndaşlar sabahdan, həftənin bazar günü, 20 May 2018-ci il, sərgiyə buraxılacaqlar.

Xatırladırıq ki, İran İslam Respublikasının 26-cı beynəlxalq Qurani-Kərim sərgisi hər gün saat 17:00-dan 24:00-dək fəaliyyət göstərəcək və İyun ayının 5-dək davam edəcəkdir.

http://iqna.ir/fa/news/3715622

Tehranda beynəlxalq Quran sərgisi başladı

captcha