IQNA

Sakit okean ölkələri və Yeni Zelandiyada Quran paylanıldı

13:50 - May 21, 2018
Xəbər sayı: 3483201
Qurani-Kərim nüsxələri, İngilis dilində yazılmış və tərcümə edilmiş digər dini kitablar Sakit Okean Ölkələri, o cümlədən Fici respublikası, Tunqa cümhuriyyəti və Yeni Zelandiya məscidlərinə verilib.

Sakit okean ölkələri və Yeni Zelandiyada Quran paylanıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) İslami işlər və xeyriyyə idarəsi bu ölkənin milli Müshəfidən minlərlə nüsxəni və digər dini kitabları Sakit Okean Ölkələrində payladı.

Qurani-Kərim nüsxələri, İngilis dilində yazılmış və tərcümə edilmiş digər dini kitablar Sakit Okean Ölkələrində, o cümlədən Fici respublikası, Tunqa cümhuriyyəti və Yeni Zelandiya məscidlərinə verilib.

BƏƏ-nin "Şeyx Məktum ibn Raşid Ali-Məktum" adına çap edilmiş 2000 nüsxə milli Müshəfnin və İngilis dilində olan digər İslami kitabların sözügedən ölkələrdə məscidlərə, mədrəsələrə və müsəlmanlara paylanılmasına BƏƏ-nin Yeni Zelandiyadakı səfirliyi nəzarət edib.

Yeni Zelandiya və digər Sakit Okean Ölkələrinin müsəlmanları BƏƏ-nin bu addımını alqışla qarşılayıb və razılıqlarını bildiriblər.

http://iqna.ir/fa/news/3715924

captcha