IQNA

Misr dövləti qarilərinin İran yarışlarına qatılmasından narahatdır

22:56 - May 28, 2018
Xəbər sayı: 3483236
Misrin Quran qarilərinin İran İslam Respublikasında keçirilən 35-ci beynəlxalq Qurani-Kərim yarışlarında iştirak etməsi, bu dövlətin sələfi və vəhabilərinin etirazına səbəb olub.

Misr dövləti qarilərinin İran yarışlarına qatılmasından narahatdırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Quran qarilərinin İran İslam Respublikasında keçirilən 35-ci beynəlxalq Qurani-Kərim yarışlarında iştirak etməsi, bu dövlətin sələfi və vəhabilərinin etirazına səbəb olub.

Belə ki, Misrin ali qanunvericilik orqanı olan parlamentə qədər gedib çıxmış vəhabilər parlamentin dini komissiyasında bu barədə məsələ qaldırıblar.

Onlar İran yarışlarında Misri təmsil edən qarilərinin guya dövlət qrumları tərəfindən ezam edilmədiklərini önə çəkərək bu məsələyə etiraz ediblər.

Misrin Vəqflər naziri, Misrin qarilər birliyi və Əl-Əzhər İslam Mərkəzi rəsmi şəkildə elan ediblər ki, heç bir misrli qarinin İrana səfər etmək icazəsi yoxdur.  

Şiəofobiya ilə tanınan Misr vəhabiləri isə bəyaniyyə yayaraq bildiriblər ki, Misr nümayəndələrinin İran yarışlarında iştirak etməsi qanuna ziddir və Əl-Əzhər gərək bunun qarşısını alsın.

Misr vəhabiləri vurğulayıblar ki, İran Ərəb ümməti ilə düşməndir və hazırda İraq, Suriya, Livan və Yəmən kimi Ərəb ölkələrini işğal etməklə məşğuldur və kimlərsə, İranın Misrə də girməsi üçün şərait yaradır. Biz onlara icazə verməyəcəyik ki, Misr prezidentinin başına da Səddam və Əli Abdullah Salehin başına açdıqları oyunu açsınlar.

Misr parlamentinin dini komisiyasının sədri Ömər Həmruş deyib ki, İran ölkəmizdə şiəliyi genişləndirməklə məşğuldur və buna görə də qarilərimizin bu ölkəyə səfəri qəbul edilməzdir.

http://iqna.ir/fa/news/3718383

captcha