IQNA

İran Bosniyada mədəniyyət mərkəzi açdı

15:58 - May 29, 2018
Xəbər sayı: 3483240
Bosniya və Herseqovinada "Quranlı günlər" adlı incəsənət sərgisinin keçirildiyi bir zamanda İran İslam Respublikasının bu ölkədə mədəniyyət mərkəzi açıldı.

İran Bosniyada mədəniyyət mərkəzi açdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bosniya və Herseqovinada "Quranlı günlər" adlı incəsənət sərgisinin keçirildiyi bir zamanda İran İslam Respublikasının bu ölkədə mədəniyyət mərkəzi açıldı.

İran İslam Respublikasının "İslami əlaqələr və mədəniyyət təşkilatı"nın məlumatında bildirilir ki, bu mədəniyyət mərkəzi Bosniya və Herseqovinanın ikinci ən mühüm şəhəri olan "Mustar" şəhərində təsis edilib.

İran İslam Respublikasının Bosniya və Herseqovinadakı mədəniyyət mərkəzinin açılış mərasimində hər iki dövlətin dini, mədəni, ictimai və siyasi nümayəndələri iştirak ediblər.

Mədəniyyət mərkəzinin açılışında Bosniya və Herseqovinanın mədəni işlərlə bağlı qrumları, o cümlədən Mustar şəhərinin İslami Cəmiyyət Təşkilatı və baş müftilik idarəsi həmkarlıq ediblər.

Açılış mərasimində iştirak edən iki ölkə nümayəndələri Mustar şəhərini "körpülər şəhəri" adlandırıb və ümidvarlıq ediblər ki, bu mədəniyyət mərkəzi iki ölkənin hər tərəfli əməkdaşlıqlarının genişləndirilməsi və iki millətin mədəni baxımdan bir-birinə yaxınlaşması üçün bir körpü olacaqdır.

Mustar şəhərinin müftisi Salim Əfəndi Dədəviç çıxışında deyib: Mübarək Ramazan ayında dinə və məvənəviyyata daha çox diqqət göstərmək mədəni fəaliyyətlərin çiçəklənməsinə səbəb olacaqdır.

O əlavə edib: İslam dinində hər böyük incəsənət nümunəsi Allahın kəlamı Qurani-Kərimdir. Mübarək Ramazan ayı həm oruc tutmaq baxımdan və həm də Qurani-Kərim nazil olması baxımından ziyafət ayıdır.

Açılış mərasiminin davamında digər nümayəndələr çıxış ediblər və mərasim dini nəğmələr ilə davam edib.    

http://iqna.ir/fa/news/3718630

captcha