IQNA

Həzrət Məsumənin (s) hərəminin Quran muzeyi

Qum şəhərində Həzrət Məsumənin (ə) hərəminin bir hissəsi olan bu muzey 83 il öncə hərəmin qərb qapısının yanında təsis edilmişdir. Bu muzeydəki əlyazma Quran nüsxələrinin tarixi hicrinin 2-ci əsrindək qayıdır. Muzeydəki ən qədim Quran nüsxəsi hicrinin 198-ci ilinə aiddir. Həmin nüsxənin əvvəlində Abbasi xəlifəsi Məmunun adı yazılıb. Bu muzeydəki Quran nüsxələri əsasən süls, nəsx, mühəqqəq və reyhan hüsnxətt metodları ilə yazılmışdır.