IQNA

Venezuelada "Müqəddəs Məryəm" filmi ekran ediləcək

3:25 - June 12, 2018
Xəbər sayı: 3483312
Venezuelanın kino festivalı çərçivəsində ölkənin on əyalətində İran İslam Respublikasının istehsalı olan "Müqəddəs Məryəm" filmi ekran olunacaq.

Venezuelada İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Venezuelanın kino festivalı çərçivəsində ölkənin on əyalətində İran İslam Respublikasının istehsalı olan "Müqəddəs Məryəm" filmi ekran olunacaq.

İran İslam Respublikasının Venezueladakı Mədəniyyət Mərkəzi, Venezuelanın Sinematek Fondu, İranın Əmmar xalq festivalının beynəlxalq şöbəsi və İranın "Hispan TV"  peyk kanalının həmkarlığı ilə keçirilənk kino festivalının açılış mərasimi cari ilin İyun ayının 8-də başlayıb və 18-dək davam edəcəkdir.

İran İslam Respublikasının Venezueladakı "İran kinosu" həftəsi çərçivəsində Karakas əyalətinin iki kino mərkəzində və həmçinin dövlətin mərkəzi  televiziya mərkəzində "xəyalın şirin dadı" və "gözəl və başıuca İran" filmləri ekran edilib.

Açılış mərasimində iki ölkənin dövlət rəsmiləri və mədəniyyət nümayəndələri çıxış edərək iki dövlətin milli mədəniyyət zənginliyindən və mədəni əlaqələrdən danışıblar.

Festival müddətində İran istehsalı olan "badiqard", "xəyalın şiri dadı", "ayaqqabılarım hanı", "ipəyin su yolu", "Müqəddəs Məryəm", "xüsusi xətt", "gözəl və başıuca İran", "Həzrət Süleymanın (ə) qarışqası", "Xeyriyyə bazarı" və s... filmlər ekran olunacaqdır.  

http://iqna.ir/fa/news/3721984   

captcha