IQNA

Suriya ordusu Bukamalı aldı

11:56 - June 12, 2018
Xəbər sayı: 3483313
Suriya silahlı qüvvələri bir neçə gün mübarizədən sonra bu ölkənin şərqində yerləşən Bukamal şəhərindən İŞİD terroristlərini təmizləyərək şəhərin kontrolunu tam şəkildə ələ alıblar.

Suriya ordusu Bukamalı aldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriya silahlı qüvvələri bir neçə gün mübarizədən sonra bu ölkənin şərqində yerləşən Bukamal şəhərindən İŞİD terroristlərini təmizləyərək şəhərin kontrolunu tam şəkildə ələ alıblar.

Suriya silahlı qüvvələri İŞİD terrorçularını Bukamaldan təmizləmək üün Deyrzur əyalətindəki hərbi təchizatdan istifadə ediblər.

Qeyd edək ki, İŞİD terroristləri bir neçə gün öncə, keçən həftənin Cümə günü, genişmiqyaslı vəhşi hücum həyata keçirirək Bukamal şəhərinə soxula bilmiş və bu şəhərin İraq sərhədinə yaxın ərazilərini ələ keçirmişdilər.

Suriyada İnsan Haqları Gözətçisi Təşkilatının bu barədə verdiyi xəbərə görə, İŞİD terroristləri şəhəri ələ keçirdikdən sonra şəhərdə 10 intiharçı terror əməliyyatını bomba quraşdırılmış maşın və altı intiharçı terror hücumunu isə özünə partlayıcı bağlamış terrorçu vasitəsi ilə həyata keçirmişdilər.     

http://iqna.ir/fa/news/3722165

 

Teqlər: iqna ، suriya ، bukamal ، İŞİd
captcha