IQNA

Liviya tarixi məscidi terrorçulardan azad edili

12:17 - June 12, 2018
Xəbər sayı: 3483314
Liviyanın milli silahlı qüvvələri Durna şəhərinin qədim və tarixi məscidi olan "Səhabə məscidi"ni terrorçuların əlindən azad ediblər.

Liviya tarixi məscidi terrorçulardan azad ediliİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Liviyanın milli silahlı qüvvələri Durna şəhərinin qədim və tarixi məscidi olan "Səhabə məscidi"ni terrorçuların əlindən azad ediblər.

Durna şəhərinin "Səhabə məscidi" Liviyanın qədim dini, tarixi və milli memarlıq abidəsidir. Liviyada çeviriliş baş verən zaman bu məscid əl-Qadidə terrorçuların əlində keçmişdi ki, bu günlərdə Liviyanın milli qoşunlarının komandiri General Həftərin başçılığı altında azad edildi.

Məscidi bundan öncə Əl-Qaidə terror təşkilatının qollarından biri olan Duran şəhər "mücahidlər şurası"nın kontrolunda idi. Bu məscidin həyətində bir çox səhabələrin qəbiri var idi ki, "Durna şəhər mücahidlər şurası"nın terrorçu bölükləri olan "Şühədayi Əbu Səlim" və "Ənsaruş-Şəriə" tərəfindən dağıdılmışdı.

Qeyd edək ki, Durna şəhəri iki öncə "Durna şəhər mücahidlər şurası" tərəfindən İŞİD-in əlindən alınmışdı. İŞİD terrorçuları bu məscidin həyətində öz müxaliflərini edam edirdilər.   

http://iqna.ir/fa/news/3721965

captcha